22 Iyun 2018, Cümə
Maksimov: "Balzan" zəif rəqib deyil"
"Sevilya" "Neftçi"ni gözləyir
"Neftçi"də qalmaq istəyirdim"
Ansi Aqolli: “Rəqibimiz güclüdür”

Ölkə futbolu

Yuri Maksimov: “Ola bilsin ki, bu, mənim son oyunum idi”

Azərbaycan Premyer Liqasının 19-cu turunda səfərdə “Neftçi”yə uduzan (2:3) “Keşlə”nin baş məşqçisi Yuri Maksimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:
 
“Uşaqlar yaxşı oynadılar. İki dəfə hesabda geri düşsək də, tarazlığı bərpa etdik. Amma sonra 3-cü qolu buraxdıq. Öz səhvimi etiraf etmək istəyirəm. Deniz Silvanı dəyişməklə səhv etdim. O, zədə aldı, yorulduğunu hiss etdim. Son dəqiqələrdə qol buraxdıq. Günah məndədi. Futbolçular layiqli şəkildə mübarizə apardılar. Emosiyalarıma qapılıb, başqa sözlər demək istəmirəm. Ola bilsin ki, bu, mənim sonuncu oyunum idi. Hər birinizə “sağ ol” deyirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2018
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30





Click to Visit