26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Dino Ndlovu Çində oynaya bilər

“Qarabağ"ın hücumçusu Dino Ndlovu futbolçu karyerasını Çində davam etdirə bilər.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, Çinin "Hançjou Qrintaun" klubu 27 yaşlı oyunçunu transfer etmək istəyir. Bununla bağlı "Qarabağ"la danışıqlar aparıldığı bildirilib.

Xəbərdə D.Ndlovuya və kluba yaxın olan  adı açıqlanmayan mənbənin goal.com-a məlumatı təsdiqlədiyi yazılıb: "İki klub arasında danışıqlar davam edir. Dinonun özü də Çində oynamaq istəyir".

Cənubi Afrika Respublikası mətbuatı isə "Qarabağ"ın Dinonun satışından  1 milyon avro gəlir əldə etmək istədiyini yazıb. Ancaq qarşı tərəfin 750 min avroluq təklif etdiyi bildirilib.

Xatırladaq ki, bundan əvvəl Rumıniyanın ÇFR klubunun D.Ndlovu ilə maraqlandığı iddia edilib.

Əlavə edək ki,  "Hançjou Qrintaun" Çinin birinci liqasında çıxış edir. Komanda hazırda 36 xalla 9-cu pillədə qərarlaşıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30