17 Dekabr 2018, Bazar ertəsi
Ərsun Yanal yenidən "Fənərbaxça"da
“Bu gün futbolçularımdan razı qaldım”
“Qarabağ” "Arsenal"a uduzdu
Prezident Mircavadovu mükafatlandırdı

Ölkə futbolu

"Şərhsiz" cavabı verirəm, bunu hörmətsizlik kimi qəbul etməyin”

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri yoxlama matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis əvvəlcə görüşü dəyərləndirib.

- Keçirdiyimiz yoxlama oyunlarından çox razı qaldım. Həm "Zirə", həm də "Səbail"ə minnətdaram ki, bizimlə oynamağa razılaşdılar. Bu iki yoxlama görüşü bizim üçün çox vacib idi. Çünki belə oyunlar mənim xoşuma gəlir və faydalı olduğunu düşünürəm. Həm gənc futbolçuları yoxlamaq, həm də eyni mövqedə bir neçə oyunçunu sınaqdan çıxarmaq lazımdır. Həm dünən, həm də bu gün bununla məşğul olduq. Deyə bilərəm ki, bu oyunlardan şadam və qarşılaşmalar xeyirli oldu. Yaxşı məşq etdik.

- Baxışda olan futbolçularla bağlı nə deyə bilərsiniz?

- Onlar gəncdirlər. Meydanda olduqları müddətdə barələrində müəyyən informasiya topladıq. Amma hazırda nə isə fikir yürütmək çətindir. Hələlik komandada qalıb-qalmayacaqlarına dair hansısa qərar qəbul etməmişik. Biz onları izləməkdə və yaxından tanış olmaqda davam edəcəyik.

- Onları bəyəndiniz?

- İlkin təəssüratlarım müsbətdir. Amma yenə baxmalıyıq. İki oyunla qəti fikir yürütmək yetərli deyil.

- "Neftçi" ilə Premyer Liqa oyunu ərəfəsində hazırlıq səviyyənizi necə qiymətləndirirsiniz?

- İndiki hazırlıq dövründə nə etməli idiksə, yerinə yetirdik. Ən əsası, daha çox oynamaq imkanı qazandıq. Bu isə bizim üçün çox yaxşı haldır. Artıq "Neftçi" ilə oyuna düzgün hazırlıq keçməliyik. Ümidvarıq ki, bütün futbolçular sırada olacaqlar. Çox güman ki, həm Filip Ozobiç, həm də Vitali Vernidub hazır vəziyyətə gələcəklər. Bu məqam bizim üçün yaxşı haldır. İnanırıq ki, oyunadək heç bir problem yaranmayacaq.

- Ruslan Qurbanov, Endi Hallidey və Baqali Dabonun vəziyyəti necədir?

- Onlar zədəli deyillər. Sadəcə, müəyyən problemləri olduğundan, risk etmədik. Futbolçularda hansısa zədə riski varsa, belə görüşlərdə onları meydana buraxmağın mənası yoxdur. Yəni, ciddi zədələri yoxdur və onlar da "Neftçi" ilə oyuna rahat hazırlaşacaqlar.

- Latviya millisinin sükanı arxasına keçəcəyinə dair xəbərlərə münasibətiniz necədir?

- Belə söz-söhbətlər, fərziyyələrə cavab verməməyə və şərhsiz buraxmağa çalışıram. Çünki nə isə desək, insanlar onun ətrafında fikirlər yürüdəcək, nə isə düşünəcəklər. Belə etmək, insanların düşüncələrinə hakim kəsilmək olmaz. Nə isə olsa, bunu rəsmi formada çatdırmaq lazımdır. Mən bu cür xəbərlərə "Şərhsiz" cavabı verirəm və siz də bunu hörmətsizlik kimi qəbul etməyin (sportnet.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31





Click to Visit