26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Löv: "Azərbaycan hücuma çıxa bilirdi"

DÇ-2018-in seçmə mərhələsinin son oyununda millimizi qəbul edən Almaniya yığmasının baş məşqçisi Yoahim Löv oyun haqqında fikirlərini bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis rəqibin kimliyinin komandası üçün fərq etmədiyini bildirib: “Oyunçularımı təbrik edirəm. 10 qələbə göstərir ki, bizim futbolçular həmişə konsentrasiyanı yüksək səviyyədə saxlayıblar. Hər komanda bunu bacarmaz. Bizim üçün rəqibin kimliyinin fərqi yoxdur. İlk hissədə tam yaxşı oynamadıq, yavaş hərəkət etdik. Texniki səhvlərimiz oldu. Topu tez-tez öz qapıçımıza göndərirdik. Hamı bizdən yaxşı çıxış gözləyir. Ancaq gənclərə vaxt lazımdı. İkinci hissədə istədiyimizi edə bildik. Elə oynadıq ki, qollar gəlməli idi.

- 10 qələbə qazansanız da, tam razı görünmürsünüz. Səbəb nədir?

- Son vaxtlar gözləntilərimdən danışdım. Bir neçə aydan sonra dünya çempionatı olacaq. İndidən bu turnir barədə düşünməliyik. Çünki aylar tez keçir. Dünya çempionatı başqa yarışdır.

- İlk hissədə bir epizodda əsəbləşdiniz...

- İlk qoldan sonra müdafiəçilər ləng idilər. Azərbaycan hücuma çıxa bilirdi və bizim oyunçular ağır hərəkət edirdilər. Qol vurmaq üçün tələsdik. İkinci hissədə bu problemi düzəltdik. Arxada yaxşı oynayanda, öndəkilər topu daha yaxşı qəbul edirlər.

- Noyabrda yoxlama oyunlarınız olacaq. Rəqib kimi güclü komandaları seçməyinizin səbəbi nədir?

- Dünya çempionatına qədər 6 oyun keçirəcəyik. Güclü komandalarla ona qədər oynamaq istəyirik ki, səhvlərimizi görək və onları düzəldək. Noyabrdan marta qədər 4 aylıq fasilə olur. Bir oyunla hər şeyə aydınlıq gətirmək olmur.

- Dekabrın 1-də püşkatma olacaq. Həyəcan keçirirsinizmi?

- Rəqibin kimliyinin fərqi yoxdu. İstənilən halda bizi ilk pillədə görürlər.

- Dünya çempionatına qədər heyədə dəyişikliklər ola bilərmi?

- Buna hələ qərar verməmişəm. İlkay Gündoğanın sağalmasını arzu edirəm. Çünki onun bizimlə olmasını çox istəyirəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30