19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Prosineçki: “Nə qədər ki, mən burdayam, o, milliyə dəvət edilməyəcək”

Prosineçki: “Nə qədər ki, mən burdayam, o, milliyə dəvət edilməyəcək”Millimizin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində Çexiyaya 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, xorvat mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bildirib:

- Qarşılaşmadan qabaq da demişdim ki, bizi çətin oyun gözləyir. Bu gün bunun bir daha şahidi olduq. Qol buraxdıqdan sonra özümüzə gəlib hesabı bərabərləşdirə bildik. Lakin təəssüf ki, rəqib ikinci qolu vura bildi. Şeydayevin yaxşı imkan olsa da, dəyərləndirə bilmədi. Bu görüşdə uduzmaya bilərdik. Komandamın oyunundan razı qaldım.

- Almaniya ilə matçdan sonra Bakıya qayıdacaqsınız, yoxsa bu sizin Azərbaycanda son mətbuat konfransınızdır?

- Bəli, Almaniya ilə qarşılaşmadan sonra Bakıya qayıdacam. Çünki mənim AFFA ilə müqaviləm var. Buna görə qayıdıb, danışıqlar aparacağıq. Bundan sonra millidəki gələcək taleyimə aydınlıq gələcək.

- Millidə qalsanız, hansı dəyişiklikləri edəcəksiniz?

- Futbolda səhvlər olur, bu gün də səhvlərə yol verdik. Əsasən, standart vəziyyətlərdə çox səhv edirik. Mən qalsam da, qalmasam da bəzi dəyişikliklər olmalıdır. Rəşad karyerasını bitirib. Onun mövqeyinə oyunçu cəlb edilməlidir. Bundan başqa, gənc oyunçulara ehtiyac var. Yəqin razılaşarsınız ki, mən gəldikdən sonra millinin oyununda irəliləyiş var. Daha baxımlı oyun sərgiləyirik. Bu gün də gənc oyunçulardan Mahir Mədətova şans verdim. Bəlkə də, əsas heyətdə ona şans vermədiyim üçün incimişdi. Bu gün özünü yaxşı tərəfdən göstərə bilmədi.

- “Bursaspor”un əsas üzvlərindən biri Dəniz Yılmaza niyə dəvət göndərmirsiniz?

- Bu suala indiyə kimi cavab verməmişdim. Ancaq indi cavablandıracam. Martda Almaniya ilə oyunda Dəniz əsas heyətdə çıxmalıydı, lakin çıxmaq istəmədi. O oyunçu ki millidə oynamaq istəmir, onun millidə yeri yoxdur. Nə qədər ki, mən burdayam, o, milliyə dəvət edilməyəcək.

- Bəs imtina etməsinin səbəbi nə idi?

- Çünki onu istəmədiyi mövqedə oynadacaqdım. Siz bir jurnalist kimi cavab verin, futbolçunun ona təklif olunan mövqedə oynamağa etiraz etmək haqqı var? O, “Bursaspor”da da ikinci heyətə göndərilmişdi, indi də nadir hallarda şans qazanır.

- Bura gələn məşqçilər niyə problemin əsasən nədə olduğunu demirlər?

- Problem barədə həmişə danışmışam. Serbiyada, Xorvatiyada istedadlı futbolçular çoxdur. Bu ölkənin futbolçuları güclü ölkələrin çempionatında çıxış edirlər. Ancaq burda tam fərqlidir. Ölkə çempionatında çıxış edən Bədavi Hüseynov və Rəşad Sadıqov orada kofe içə-içə oynaya bilərlər. Problem odur ki, bizdə top-ölkə çempionatlarında oynayacaq futbolçuların olmamasıdır.

- Bəs belə olduğu halda Almaniya ilə matçda nəyə ümid edirsiniz?

- Onlarla oynamaq çətindir. Bu, təkcə bizim problem deyil. Onlara qarşı sürpriz etmək çətindir. Bədavi Hüseynov zədəlidir. Həmin oyunda şans qazanıb-qazanmayacağı bəlli deyil. Cəmi 3 gün vaxtımız var. Yaxşı mübarizə aparmağa çalışacağıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31