26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Ramin Musayev: "Belə olsa, mətbuat məni tənqid etməyəcək?"

Futbolxeber.az saytı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin müsahibəsini oxucuların diqqətinə təqdim edir:
 
- İngiltərədə transfer dövrünün qısaldılması gözlənilir ki, UEFA prezidenti Aleksander Çeferin də bunun tərəfdarıdı. O, bununla futbolçunun mövsümə bir komandada başlaması, “transfer pəncərəsi” başa çatmamış başqa kluba keçməsinin qarşısının alına biləcəyini düşünür. Nəzərə alaq ki, Azərbaycan klubları da yeni transfer etdikləri bəzi futbolçuları ya mövsüm başlayan kimi icarəyə verir, ya da onunla vidalaşır...
 
- Çeferinin bu fikri ilə tamamilə razıyam. Hansısa futbolçu bir kluba transfer edildikdə buna sevinir, ancaq yeni mövsüm başlamamış onu başqa komandaya göndərirlər. Belə hal bizdə də müşahidə olunur. Təbii ki, belə vəziyyətdə futbolçu həvəsdən düşür. Bu, hətta bəzən kiminsə karyerasını bitirməsinə səbəb olur. Özünüzü bir anlıq onun yerinə qoyun. Hansısa kluba yollanarkən keçirdiyiniz sevinc hissi və həyəcan qısa müddət sonra yox olur, yerini məyusluq tutur. Futbolçunun taleyi ilə oynamaq olmaz. Buna görə də, məşqçilərimiz və menecerlərimiz transfer dönəmində çox diqqətli olmalıdılar. Amma bizdə transfer dövrünün qısaldılmasına ehtiyac yoxdu.
 
- Avropa Klublar Assosiasiyasının (ECA) yeni prezidenti Andrea Anyelli isə yığma komandalara görə ölkə çempionatlarında yaranmış çoxsaylı fasilələrdən narazılıq bildirib və bunun üçün il ərzində 2 geniş fasilə olmasını təklif edib. Bu fikrə münasibətiniz necədi?
 
- Çeferindən fərqli, Anyelli ilə razılaşmıram. Futbolçu da insandı, robot deyil. İl ərzində istirahət etmədən, fasiləsiz məşq keçmək, oynamaq mümkün deyil. Bu, ciddi zədələrə gətirib çıxarar. Həddindən artıq yüklənmə olduqda futbolçu bacarığını da tam nümayiş etdirə bilmir. Bu səbəbdən mən yığma komandaların oyunları üçün ildə 2 dəfə geniş fasilənin yaranması təklifinə qarşıyam.
 
- “Qarabağ”ın “Çelsi” ilə Çempionlar Liqası matçı öncəsi “Səbail”ə qarşı çempionat oyununu təxirə salmaq üçün müraciəti birmənalı qarşılanmadı. Yəni “Qarabağ” ehtiyat qüvvə ilə də debütantla mübarizə apara bilməz?
 
- “Qarabağ”ın “Kopenhagen”lə çox vacib oyunöncəsi “Neftçi” ilə çempionat matçında Dani Kintananın yenidən zədələnməsi yəqin ki, yadınızdadı. Meydana sonradan girsə də, zədələndi, oyunu davam etdirə bilmədi. Nəticədə futbolçu taleyüklü qarşılaşmaları buraxmalı oldu. Bunu kim istəyərdi? Onun zədələnməsi “Qarabağ”ın işini çox çətinləşdirdi. “Səbail”lə oyunda da hansısa futbolçunun zədələnməyəcəyinə kim zəmanət verə bilər? Bütün bunları nəzərə alıb, klub rəhbərliyinin müraciətini müsbət cavablandırdıq.
 
- “Qarabağ” dekabra qədər Çempionlar Liqasındakı bütün oyunlarından əvvəl çempionat görüşünün təxirə salınması ilə bağlı müraciət edərsə, yenə eyni addımı atacaqsız?
 
- Razı olmasam və Allah eləməsin, hansısa vacib oyunöncəsi aparıcı futbolçulardan biri zədələnsə, mətbuat məni tənqid etməyəcəkmi? Əlbəttə ki, edəcək. Azərbaycanın istənilən komandasının Avropa arenasında uğurlu çıxış etməsi üçün belə müraciətləri müsbət cavablandırmalıyıq.
 
- Çempionlar Liqasından söz düşmüşkən, “Çelsi”, “Atletiko” və “Roma” önündə Azərbaycan çempionunun şanslarını necə dəyərləndirirsiniz?
 
- “Qarabağ” Çempionlar Liqasının qrupuna düşmək üçün çox əziyyət çəkdi. Hər il qrupun qapısına qədər yaxınlaşıb, içəri girə bilmirdi. Ancaq bu dəfə əziyyətin bəhrəsini gördülər. Əlbəttə ki, hamımız komandanın qrupda da uğurlu çıxışını arzulayırıq. Ən azı, üçüncü yeri tutaraq, Avropa Liqasına getməyini hər bir azarkeş istəyər. Unutmayaq ki, futbolda bəxt amili də böyük rol oynayır. Digər tərəfdən isə “Qarabağ”ın Çempionlar Liqasının qrupuna qədər irəliləməsi belə, ciddi uğurdu. Stadionumuzda Çempionlar Liqasının himni səslənəcək, azarkeşlərimiz bu həyəcanı tribunada yaşamaq imkanı əldə edəcəklər. Hesab edirəm ki, bu, Azərbaycan xalqı üçün əsl futbol bayramıdı.

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30