26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Qarabağ”ın ÇL-dəki ev oyunları Bakı Olimpiya Stadionunda

"Qarabağ"ın Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib.

Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, tarixində ilk dəfə qitənin ən mötəbər klub turnirində çıxış edəcək Ağdam təmsilçisi rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

Artıq bununla bağlı UEFA ilə razılıq əldə olunub. "Qarabağ"ın Çempionlar Liqasının finalını qəbul etməyə namizəd olan arenada ilk matçı isə sentyabrın 27-də baş tutacaq. Qurban Qurbanovun yetirmələri həmin gün "Roma"nı sınağa çəkəcəklər.

Oktyabrın 18-də "Atletiko" və noyabrın 22-də "Çelsi" ilə görüşlər də ölkənin ən böyük stadionunda oynanılacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionun tamaşaçı tutumu 68 min 870 nəfərdi. "Qarabağ" isə bunadək ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirirdi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30