26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

"Qəbələ" “Vakker” və MOİK-lə gücünü sınadı

Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” hazırlıq çərçivəsində bu gün mini turnirdə iştirak edib. 
 
Futbolxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar” Avstriyanın “Vakker” və Bolqarıstanın MOİK klubları ilə birlikdə “Stubay Cup”da qüvvəsini sınayıb. Roman Qriqorçukun yetirmələri hər oyunu 45 dəqiqəlik bir hissədən ibarət olan turnirdə ilk matçı “Vakker”ə qarşı keçirib. Ukraynalı mütəxəssis bu görüşdə aşağıdakı “11-liy”ə güvənib: 
 
Dmitri Bezotosnı, Voyislav Stankoviç, Vitali Vernidub, İlqar Qurbanov, Ürfan Abbasov, Desmond Asare, Elvin Camalov, Cavid Hüseynov, Asif Məmmədov, Filip Ozobiç, Baqali Dabo.
 
Bu qarşılaşmada Avstriya təmsilçisi qalib gəlib – 1:0. “Vakker” klubunun futbolçuları MOİK-lə oyunda 1:3 hesabı ilə məğlub olub. 
 
Turnirin son görüşündə isə “Qəbələ” Sofiya təmsilçisi ilə qarşılaşıb. “Qırmızı-qaralar” matça bu “11-lik”lə çıxıb: 
 
Dmitri Bezotosnı, Voyislav Stankoviç, Vitali Vernidub, İlqar Qurbanov, Ürfan Abbasov, Elvin Camalov, Cavid Hüseynov, Asif Məmmədov, Araz Abdullayev, Filip Ozobiç, Baqali Dabo. 
 
Bu matçda da qələbə qazanan Bolqarıstan klubu turnirin qalibi olub. 4-cü dəqiqədə hesabı açan MOİK final fiti ərəfəsində hesabı artırmağa nail olub. 2:0 hesablı qələbə qazanan sofiyalılar turniri 6 xalla başa vurub.
 
Xatırladaq ki, iyunun 7-dən Avstriyada olan “Qəbələ” bunadək 2 yoxlama oyunu keçirib. Yerli “Fulpmes”ə 8:0 hesabı ilə qalib gələn komanda Rusiya “Axmat”ına 0:1 hesabı ilə uduzub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30