26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Maksim Medvedev: “Onu Prosineçkidən soruşun”

“Təəəsüf ki, uduzduq. Halbuki rəqibdən daha yaxşı oynadıq. Özümüzdə top saxlayırdıq, çalışırdıq kəsəli hücumlar quraq. Belfastadakı matça baxanda, bu gün yaxşı oynadıq. Qol imkanlarımız olsa da, yararlana bilmədik. Cavid, Əfran, Ramil fərqlənməyə yaxın idilər. Ümumilikdə, üstünlük bizdə idi. Sonda qol buraxıb uduzmağımız bizə böyük zərbə oldu”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri milli komandamızın müdafiəçisi Maksim Medvedev DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzduğumuz oyundan sonra deyib.

“Qarabağ”ın müdafiəçisi oyun ərzində tez-tez geri ötürmə vermələrinin səbəbini belə izah edib:

“İrəli gedib topu itirməkdənsə, onu özümüzdə saxlayıb, oyun qurmağa çalıırdıq. Rəqibi qaçmağa məcbur edirdik. İstəyirdik ki, onları yoraq, topsuz qoyurduq. Bu da alınırdı. Çünki zaman-zaman irlandlar əsəbləşirdilər, bir-birilərinin üstünə qışqırırdılar”.

Oyundan öncə millimizin baş məşqçisi Robert Prosineçki rəqibə sürpriz hazırladıqlarını söyləmişdi. Maraqlıdır, xorvat mütəxəssisin sürprizi nədən ibarət idi?

“Bu sualı Prosineçkiyə verin. Yəqin sürpriz bu gün rəqibdən üstün olmağımız idi. Qol imkanlarımız çox oldu”.

Maksim Medvedev qeyd edib ki, qarşıdakı görüşərdə daha inamlı oynamağa çalışacaqlar:

“Bu məğlubiyyətdən sonra şansımız azalsa da, ümidimiz var. Qarşıda hələ 4 oyunumuz qalıb. Əsas odur ki, oyunumuzu daha da yaxşılaşdıraq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30