26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Svanadze: “Yoxsa bizim üçün çətin olardı”

Bu gün Topaz Premyer Liqasında 26-cı tura yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci oyununda “Qarabağ” səfərdə “İnter”ə 3:0 hesabı ilə qalib gələrək sona 2 tur qalmış çempionluğunu élan edib. “İnter Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Zaur Svanadze məğlubiyyəti belə şərhə edib:
 
- “Qarabağ”ı çempionluq münasibətilə təbrik edirəm. Bəzi çətinliklərimiz var idi. Müdafiədə problemlərimiz var idi. Xüsusilə müdafiənin cinahlarında, İlkin Qırtımov və Slavik Alxasovun yoxluğu öz təsirini göstərdi. Yaxşı ki, vaxtından əvvəl 3-cü pilləni təmin etdik, yoxsa bizim üçün çətin olardı.
 
- Növbəti iki tur “İnter” üçün hansı əhəmiyyət kəsb edəcək?
- Növbəti iki oyunda ola bilsin, gənc oyunçulara üstünlük verək. Oyunçular çox yorulublar. Bizdə həm də, transfer qadağası var. Gənc oyunçulara şans verilməsi həm də bu cəhətdən əhəmiyyət kəsb edir.
 
- Rauf Əliyev əvəzlənərkən, sərt şəkildə etiraz etdi. Bununla bağlı onunla söhbət edəcəksiz?
- Elə də ciddi etiraz etmədi. Hamı oynamaq istəyir. Sadəcə, o, yorulmuşdu, buna görə onu əvəz etdim.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30