20 May 2019, Bazar ertəsi
Mxitaryan Bakıya gətirilmir
Millimizin heyəti açıqlandı
“Keşlə” 13 futbolçuyla vidalaşdı
“Qalatasaray” kuboka sahib çıxdı

Ölkə futbolu

Ən yaxşı qolun müəllifi: “Daim çalışırdım”

Futbol üzrə Azərbaycan I Divizionun XXIV turu çərçivəsində keçirilən “Zaqatala” – “Səbail” matçından sonra qonaq komandanın yarımmüdafiəçisi - martın ən gözəl müəllifi seçilən Orxan Qurbanlı jurnalistlərin suallarını cavablandırıb:
 
- Komanda yoldaşlarıma təşəkkür edirəm. Meydanda ciddi mübarizə getdi. İlk yarıda rəqib, fasilədən sonra biz yaxşı oynadıq. O ki qaldı qolumun nominasiya qalibi olmasına, öz üzərimdə daim çalışırdım.
 
- Gözləyirdinmi ki, vurduğun qol qalib olacaq?
- Düzü, Raulun qolunu daha gözəl sayıram. Lakin hər kəsin seçiminə hörmət edirəm və vurduğum qola səs verənlərə təşəkkür edirəm.
 
- Bu sənin üçün stimul olacaqmı?
- Birmənalı şəkildə. Premyer Liqada belə bir nominasiya yoxdu. Sağ olsun PFL rəhbərliyi ki, bizi bu cür həvəsləndirir.
 
- Özünü Premyer Liqaya hazır sayırsanmı?
- Premyer Liqa təcrübəm azdı. “Neftçi”də oynadığım zaman oyun praktikası çox az qazanırdım. Amma hesab edirəm ki, Premyer Liqada oynaya bilərəm.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31





Click to Visit