26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Tərlan Əhmədov: “Təsəvvür edin ki, hansı sözlərdən istifadə edirəm”

Bu gün Topaz Premyer Liqasında 25-ci tura yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci oyununda AZAL doğma meydanda “Sumqayıt”a 1:2 hesabı ilə uduzub. “AZAL Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Tərlan Əhmədov məğlubiyyəti belə şərh edib:
 
- Ötən tur “İnter”lə oyundan sonra bəlli idi ki, bizim 7-ci pillə uğrunda heç bir şansımız yoxdu. Futbolçularıma oyun öncəsi tapşırmışdım ki, mövsümün son oyunlarında qələbə qazanaq. Hər oyunda olduğu kimi, səhvlər öz sözünü deyir. Artıq bunları danışmağın vaxtı deyil. Son 3 turda çalışacağıq ki, bacardığımız qədər qələbə qazanaq. Bəzi futbolçular potensialından aşağı oynayır. Bunun səbəbini bilmirik. Hər dəfə danışdıqda bəhanələr olur. Ancaq futbolda istək, aqressiya olmasa, qələbə qazanmaq mümkün olmaz. Mən bu gün tam arxayın deyə bilərəm ki, ötən mövsüm heyətdəki oyunçuları yola salmaqla səhv etdim. Düşündüm ki, komandaya yeni nəfəsin köməyi olacaq. Ancaq tam əksi oldu. Gərək o oyunçuları ixtiyarımda saxlayardım. Son 3 turda çalışacağıq ki, komandanın adı uğrunda mübarizə aparaq. 
 
- Komandanın taktiki düzülüşündə dəyişiklik etmişdiniz. 3-5-2 sistemi ilə rəqibə sürpriz hazırlamışdız, yoxsa bu amil də məcburiyyətdən irəli gəlirdi?
- Bu gün sırf 3-5-2 sistemi ilə mübarizə aparırdıq. Mehdi növbəti oyun ola bilər ki, tam olaraq sağalsın, amma bu oyun üçün əmrimdə sırf 18 futbolçu vardı. Kamal mövsümü bitirib. Bugünə kimi demirdim, ancaq indi deyim biləsiz ki, Tural Hümbətov martın 25-dən etibarən AZAL-dan uzaqlaşdırılıb. Rusiya klublarından birinə baxışa getmək istəyirdi, icazə vermədim. Məndən xəbərsiz, özbaşına hərəkət edib, buna görə də komandadan xaric olunub. Mənim üçün əsas olan nizam-intizamdı. Yaxşı oldu, pis oldu, deyə bilmərəm. Tural bu hərəkəti etməsəydi, bəlkə də bu gün hər şey tam fərqli olardı. Limit də mənə bu məsələdə çox çətinlik yaratdı. 3-5-2 sistemi ilə mübarizə aparmağımızın əsas səbəbləri məhz bunlar idi. 
 
- Qış fasiləsindən sonra bunu AZAL məğlub olsa da, sona qədər mübarizə aparır, döyüşür. Bizə maraqlıdı ki, komandanı bu cür pis vəziyyətdə oyunlara necə motivasiya edirsiz? 
- Oyuna futbolçularımı motivasiya edərkən hansı sözlərdən istifadə edirəm - təkrarlamaq mənim üçün çox çətindi. Maddi vəziyyətimiz elə haldadı ki, artıq deyiləsi deyil. Hərdən elə sözlər deyirəm ki, özüm də istəyirəm onlarla meydana çıxım, mübarizə aparım. Sonra ayılıram ki, bunları niyə dedim axı, oyundan sonra onların yanında yalançı olacağam. İndi siz özünüz təsəvvür edin ki, mən hansı sözlərdən istifadə edirəm. 
 
- Maraqlıdı, mövsüm yenidən başlasa idi, bu heyətlə və bu maddi vəziyyətdə olan komandanın başında olardınızmı?
- Yeni mövsümdə heç bir dəyişiklik olmasa, mən burada olmayacağam. İndiki heyəti yaydan yığa bilsəydim, fərqli oyun izlətdirərdim. Bu büdcə dəyişməsə, son turları gözləyirəm, gələn təklifləri dəyərləndirəcəyəm. Qriqorçuk son müsahibələrindən birində deyib ki, pulsuz heç nə mümkün deyil. Fikrimcə, həyatda mümkün olmayan heç nə yoxdu, pulsuz da mübarizə aparmaq olar, ancaq müvəqqəti. 1 mövsüm bunu edə bilərsiz, ancaq 2-ci mövsümdə alınmaz. (futbolinfo.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30