26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Elşən Abdullayev: “Neftçi” ilə finalda üz-üzə gəlsəydik…”

Bu gün Topaz Premyer Liqasında 24-cü turu çərçivəsində “Qarabağ” öz meydanında “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib. Matçdan sonra açıqlama verən ev sahibi komandanın yarımüdafiəçisi Elşən Abdullayev Futbolxeber.az saytının əməkdaşının da suallarını cavablandırıb:
 
- Çətin oyun olacağını bilirdik. İlk hissədə rəqib necə güclü komanda olduğunu göstərdi. Amma şükürlər olsun ki, sona qədər mübarizə apardıq və qələbə qazandıq. 
 
“Qəbələ” də bu gün xal itirdi. Onlardan 4 xal irəlidəyik və bu da bizə əlavə sevinc bəxş etdi. 
 
- Bu gün çempionluq üçün böyük addım atdınız. Həm Qəbələdə, həm də buradakı nəticə sizin lehinizə oldu…
- Əlbəttə ki, bu bizim üçün sevindiricidir. 
 
- “Qarabağ”a keçəndən ilk dəfə start heyətdə meydana çıxdın və sona qədər oynadın. Bu barədə təəssüratlarını öyrənmək istərdik.
- Zədədən sonra ilk oyunlar həmişə fiziki cəhətdən çətin olur. Amma özümü yaxşı hiss edirəm. Ümid edirəm, gələcək oyunlarda baş məşqçimiz şans versə, daha da yaxşı oynayaram. 
 
- İlk dəfə sabiq komandan “Neftçi”yə qarşı çıxış etdin. Həmin vaxt fərqli nəsə hiss etdin?
- Əlbəttə, keçmiş komandama qarşı oynamaq mənə bir az pis təsir etdi. Qələbəyə sevinsəm də, istəməzdim ki, yarımfinalda bizimlə qarşılaşsınlar. Finalda üz-üzə gəlsəydik, daha yaxşı olardı. 
 
- Namiq Ələsgərov “Qarabağ”dan “Neftçi”yə keçəndə razılaşma oldu ki, sabiq komandasına qarşı çıxış etməsin. Sənin müqaviləndə belə bənd var?
- Xeyr, mənim müqaviləm bitmişdi və “Qarabağ”a azad agent kimi keçdim. Ona görə də belə söhbət olmadı.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30