26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Şəmkir”i yenidən iddialı görmək hər birimizin arzusudur”

“Şəmkir” I divizionun 19-cu turunu qələbə ilə başa vurub. Qərb təmsilçisi səfərdə “Bakılı”dan üstün olub - 3:0. Komandanın sonuncu qolunu Fərmayıl Əliyev vurub.

Matçdan sonra Futbolxeber.az saytına danışan 27 yaşlı forvard komandasının qələbəsini belə şərh edib: “Əvvəlki turda “Turan-Tovuz”a uduzmuşduq. Bu səbəbdən də “Bakılı” ilə görüşdə bizi yalnız və yalnız qələbə qane edirdi. Bu səbəbdən də matça ciddi hazırlaşmışdıq. Şadam ki, istəyimizə çatdıq. Vacib qələbə qazandıq. İndi artıq növbəti matçlarda bu uğurun ardını gətirməliyik”.

Rəqib autsayder olsa da, “Şəmkir” ilk yarıda rəqib qapısına yol tapa bilməyib. Əliyev qolların yubanmasının səbəbini belə izah edib: “Bakılı” autsayder olsa da, komandada futbol oynamağı bacaran futbolçular var. Rəqibimiz ilk yarıda yaxşı qapanmışdı. Bizə boş zona vermirdilər. Qapıya doğru yaxınlaşmaq heç də asan deyildi. Bəzi hallarda isə son anda dəqiq zərbə endirmək olmurdu. Amma sevindirici haldır ki, ikinci yarıda istəyimizə çatdıq. Bu cür oyunlarda çətini hesabı açana kimidir. Sonradan oynamaq nisbətən asan olur. Çünki bu halda qarşındakı komanda da qol vurmağa can atır və müdafiədə boşluqlar yaranır. İkinci qoldan sonra da hücumlarımızı davam etdirdik. Sevinirəm ki, komandamın qələbəsində pay sahibi oldum. Son dəqiqədə olsa belə, fərqlənməyi bacardım”.

Fərmayıl Əliyev “Şəmkir”in Premyer Liqaya yüksəlmək şansları barədə də danışıb: “Şəmkir” tarixi olan klublarımızdan biridir. Bu komanda ilk dəfə Çempionlar Liqasında mərhələ adlayıb. Aydın məsələdir ki, o kollektiv hazırkı komandadan daha güclü idi. Amma zaman ehtiyac var. İnanıram ki, müəyyən müddətdən sonra dəyişikliklər olacaq. “Şəmkir”i yenidən iddialı görmək hər birimizin arzusudur. Klub rəhbərliyi də əlindən gələni edir. Hər kəs növbəti mövsümdə Premyer Liqanı hədəfləyir. Bunun asan olmayacağını bilirik. Çünki cari mövsüm I divizionda gərgin mübarizə gedir. “Şəmkir”lə yanaşı, daha 4-5 komanda da Premyer Liqaya yüksəlməyi hədəfləyir. Sonda kimin istəyinə çatacağını isə zaman göstərəcək”.

Söhbətləşdi: FƏRƏC

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30