26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

AFFA rəsmisi sifariş kitabı ilə bağlı iclasda

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 2019-cu ildə təşkil olunacaq Çempionlar Liqasının, Avropa Liqasının, Qadınlararası Çempionlar Liqasının final oyununa və UEFA Super Kuboku qarşılaşmasına  ev sahibliyi etmək istəyən milli futbol assosiasiyalarının nümayəndələri üçün sifariş kitabının hazırlanması ilə bağlı UEFA tərəfindən iclas keçirilir.
 
Futbolxeber.az-ın məlumatına görə, AFFA-nı iclasda baş katibin müavini Sərxan Hacıyev, İnfrastruktur üzrə direktor Kamran Vəliyev, Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehdiyeva, Hüquqi məsələlər üzrə mütəxəssis Günay Zamanlı və  Marketinq və Reklamlar Departamentinin mütəxəssisi Nigar Qasımova təmsil edir.
 
Qeyd olunan oyunlar üçün namizədliyini irəli sürmüş assosiasiyaların siyahısını diqqətinizə çatdırırıq:
 
Çempionlar Liqası: Azərbaycan, İspaniya
 
Avropa Liqası: Azərbaycan, Gürcüstan, Almaniya, Şotlandiya, İspaniya, Türkiyə
 
Qadınlararası Çempionlar Liqası: Çexiya, Macarıstan, Qazaxıstan, Litva, Şotlandiya, İspaniya
 
Super Kubok: Albaniya, Fransa, Macarıstan, İsrail, Qazaxıstan, Şimali İrlandiya, Polşa, Şotlandiya, Türkiyə
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30