26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Maaşlar həmin vaxt da verilməsə…”

Bu gün Topaz Premyer Liqasında XX tura yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Qarabağ” doğma meydanda “İnter”ə 0:1 hesabı ilə uduzub. “Azərsun Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq  komandanın baş məşqçisi Zaur Svanadze qələbəni belə şərhə edib: 
 
- Əvvəla cəbhədə həlak olmuş azərbaycanlı hərbçilərin ailələrinə başsağlığı verirəm. Oyuna gəldikdə isə 3 xal qazandıq. Bu, bizim üçün vacib qələbə idi. Oyunçuların çıxışından razı qaldım. Xüsusilə müdafiədə yaxşı oynadıq. Qarşıda bizi “Qəbələ”yə qarşı çətin ev oyunu gözləyir. Həmin oyundan da 3 xalla ayrılmağa çalşacağıq.
 
- Bir neçə gün əvvəl “İnter” futbolçularının maaş almaması ilə bağlı xəbərlər yayılmışdı. Ancaq komanda bu gün “Qarabağ”ı məğlub etdi... 
- Heç nə baş vermədi. Həmişəki kimi ayın 10-u, 13-ü maaşlar veriləcək. “İnter”in heç bir problemi yoxdu.
 
- “Qarabağ”a qalib gəlməyin “resept”ini verə bilərsiz? Burda daha çox psixoloji, yoxsa taktiki hazırlıq rol oynayır?
- Qoy, bu, sirr olaraq qalsın (gülür).
 
- Skarlatake “Qəbələ”ylə oyuna kimi maaşların veriləcəyini demişdi. Siz isə ayın 10-13-ü veriləcəyini deyirsiz. Bu, “Qəbələ”ylə oyunöncəsi problem yaratmayacaq ki?
- Əslində, 28-nə demişdilər. Çatdıra bilmədilər və ayın 10-na qaldı. Əgər maaşlar həmin vaxt da verilməsə, bu barədə məlumatınız olacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30