Ölkə futbolu
Nadir Şükürov: “Milli komanda millətin üzü, adıdır”
Bu gün “Kəpəz”in əsas komandasının qapıçılarla işləyən məşqçisi Nadir Şükürovun 50 yaşı tamam olur. Futbolxeber.az-ın məlumatına görə, bu münasibətlə klub saytı yubilyardan müsahibə alıb:
- Sizi 50 yaşında cavan kimi təbrik edirik...
- Təbrikə görə minnətdaram. 50 yaşa gəlib çatmaq böyük iş deyil. Çünki 50 yaş böyük yaş hesab olunmur. Bu illərin içində yaxşı və pis günlərim olub. Hamı da necə, məndə də elə. Şükür ki, bu yaşa gəlib çıxmışıq. Hər bir insanın həyatında itirdiyi, qazandığı illər olub. Futbol həyatında qazanmışam, amma şəxsi həyatda itkilərlə üzləşmişəm. İstəmərəm ki, kimsə cavan yaşında yaxınını itirsin, amma belə şeylər mənim başıma gəlib.
- Nadir müəllim, çox kövrəldiniz...
- Cavan olduğum vaxtlarda valideynlərimi itirmişəm, qardaşım vəfat edib, qardaşımın oğlu şəhid olub. Müharibə ab-havasını duyan, ağrı-acısını hiss edən insanlarıq. Döyüşdə həlak olanların hər biri bizim övladımızdı, millətimizin balasıdır. Heç vaxt xalqın övladına biganə baxmamışam. Cəbhədə baş verənləri ürək ağrısı ilə izləyirik. Özünə, vətəninə, xalqına, dövlətinə xidmət edən hər bir insan şəhid olanları öz balası kimi qəbul etməlidir. Bu gün biz aranlı, turanlı deyilik, hamımız qarabağlıyıq! Millət kimi bir olmalıyıq, bu gün cəbhədə yaşananlar bizi narahat edir. Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların hər biri bizim balamız, qardaşımız, doğmamızdır.
- Ad gününüzdə sizi kövrəltmək istəməzdik, amma neyləyəsən, həyat təkcə xoş günlərdən ibarət deyil. İstərdik ki, mövzunu dəyişək. Yubileyinizi necə qeyd edəcəksiz?
- 50 yaşımı ailə arasında qeyd edəcəyik. Təmtəraqdan uzağam, yəqin ki, böyük yığıncağ olmayacaq. Açığı, belə şeyə pis də baxmıram. Məndən də böyük futbolçular var, onlar yubiley keçirməyib. Evdə məclis təşkil edəcəyik, qardaşlarım, bacım, bir sözlə yaxın ətrafım yanımda olacaq.
- Əsri yarılayırsız, geriyə böylananda nə yadınıza düşür?
- Futbolu özümə peşə seçdiyimə görə peşman deyiləm, şablon səslənsə də, yenidən dünyaya gəlsəydim belə yenə bu sənəti seçərdim. Unudulmaz, yaddan çıxmaz çoxlu günlər var, əksəriyyəti də futbolla bağlıdır. Məşqçilərimə təşəkkür edirəm ki, mənə düzgün yol göstəriblər, istiqamət veriblər. Futbolçu olmağın özü böyük bir şərəfdir.
- Nadir Şükürovu Azərbaycana böyük futbol ənənəsi olmayan İmişli bəxş edib. Sizi rayonun bütün dövrlər üçün ən yaxşı futbolçusu hesab etmək olar?
- Yox, məndən də yaxşı futbolçular çıxıb. Elə Füzuli Musayevin adını çəkmək olar. O, Sovetlər dövründə Gəncənin “Tərəqqi” komandasının heyətində İttifaq çempionatının ikinci dəstəsində çıxış edib. Mənim futbolçu olmağımda ilk məşqçim Fazil Seyfəliyev kimi onun da böyük rolu, zəhməti olub. İmişlidə futbol çox sevilir. SSRİ vaxtında rayonun uşaq komandası “Sevinc”, “Dəri top”, “Sünbül” kuboklarında, müxtəlif spartakiadalarda çıxış edirdi və yaxşı da nəticələr göstərirdi. Mən peşəkar səviyyədə futbol oynamaq üçün bütün çətinliklərə baxmayaraq fikrimdən dönmədim, sona kimi bu işin arxasınca getdim və məqsədimə çatdım. Bizim oynadığımız nəsildən yerlilərim arasında Fariz Yusifovun adını çəkə bilərəm. Düzdü, sonradan Yusifov hakimliyə keçdi və FİFA referisi oldu.
- Siz vaxtilə “Kəpəz”də də oynamısız və bu komandadakı çıxışlarınızla məşhurlaşmısız...
- Gəncəyə gələnə kimi Sabirabadın “İnşaatçı” və İmişlinin “Melyaratur” komandasında oynamışam. Rayonumuzun komandasında Tofiq Axundov, Vladimir Bruxti kimi tanınmışlar məşqçi işləyib. 1989-cu ildə “Kəpəz”ə gəldim. Müzəffər Qasımov oyunların birində oyunumu bəyənib komandaya dəvət etmişdi. Gəncə klubunda oynamaq bir çox futbolçuların arzusu olub, eləcə də mənim. Bu gün də bu, belədir. “Kəpəz”də oynamağın, işləməyin özü böyük bir şərəfdir.
- Oynadığınız dövrdə “Kəpəz”in heyətində yaddaşınızda dərin iz buraxan oyun və ya oyunlar hansı olub?
- “Qarabağ”a 3:1 hesabı ilə qalib gəldiyimiz oyunun adını ilk sırada çəkərdim. Səhv etmirəmsə, 1995-ci il idi. Meydanda maraqlı və güzəştsiz mübarizə oldu. Tək mən yox, bütün futbolçular həmin matçda yaxşı təsir bağışladılar. Bir də 1991-ci ildə SSRİ dönəmində Ukraynanın Nikolayev şəhərində “Sudostroitel” komandasına qarşı keçirdiyimiz oyun yaddımdan çıxmaz. Səfərdə rəqibi 3:2 hesabı ilə məğlub etdik. İndiki komandamızın məşqçilər korpusunda təmsil olunan mütəxəssislərin hamısı həmin oyunda meydanda idi. Şahin Diniyev, Füzuli Allahverdiyev, Xaliq Mərdanov və mən start heyətində yer almışdıq.
- Milli komandada işləmisiz, klubda, yoxsa yığmada çalışmaq çətindir?
- Əsas millidə çıxış etmiş qapıçıyam. 2000-2002-ci illərdə İqor Ponomaryovun dövründə yığmaya cəlb olunmuşam. Ona görə də deyə bilərəm ki, milli komanda millətin üzü, adıdır. U-17, U-19 yığmalarda işləmişəm. Həm klubda, həm də millidə çalışmaq məsuliyyətlidir. Klubda hər gün işdə, məşqdə olursan, yığmada isə təlim-məşq toplanışlarında və oyun ərəfəsində komanda ilə bir araya gəlirsən. İş hər ikisində çətindir, şərəflidir. Klubda hər həftə oyun var və sanki hər dəfə də imtahan verirsən, sınağa çıxırsan.
- Legioner həyatı yaşayan qapıçılardan olmusuz. Amma İrandan fərqli Türkiyədə işləriniz yaxşı getmədi, niyə?
- “Ərzurumspor”da bir menecer vardı, bizim komandada qalmağımıza imkan vermədi, ona görə də Türkiyədə karyeram uğurlu alınmadı. Bakıya qayıdası oldum. İrana gəlincə, iki mövsüm yerli çempionatda çıxış etdim. Kirman şəhərinin “Mis” komandasında karyeram daha yaxşı alındı.
- Lev Yaşin dünya futbolunda “Qızıl top” mükafatını almış yeganə qapıçıdır. Əgər yaxşı qapıçı komandanın yarısıdırsa, niyə qolkiperlər yenidən bu mükafata layiq görülmürlər?
- İndi hər şeyi qol vurmaqla ölçürlər. Kim daha çox qol vurur, bütün diqqət, fikir ona yönəlir. Qapıçı top buraxıb komanda uduzanda, hamı onun adını günahkar kimi çəkir, amma sahə oyunçuları yada düşmür. Hücumçu qolu vura bilmədi, yarımmüdafiəçi yaxşı oynamadı, müdafiəçi səhv etdi deyən olmur. Bütün dünyada belədir. Heç komanda qalib gələndə qolkiper kömək etdi və udduq deyilmir (gülür).
- Nadir Şükürov da olan hansı keyfiyyət bu gün “Kəpəz”in qapıçılarında yoxdur?
- Məşqdə öz üzərlərində işləməyi bacarırlar, hər şeyin yaxşı olması üçün səylərini əsirgəmirlər. Sadəcə olaraq öz daxillərində oyuna köklənməyi bacarmalıdırlar ki, bu da hələlik onlarda yoxdur. Məşqçi yetirməsinə motivasiya verir, amma gərək futbolçunun özü də özünə motivasiya versin. Hər zaman qapıçılara tövsiyyələrimi, tapşırıqlarımı verirəm və bildirirəm ki, meydançaya çıxanda icraçı onların özü olur, məşqçi kənarda qalır. Onlarda çatmayan budur, yəqin ki, zamanla bu da düzələr.
- Ailədə davamçınız olmadı. Oğlunuz atasını yolunu niyə davam etdirmədi?
- Mən özüm qoymadım. Zəif oynayırdı ona görə. Hər gün necə oynadığını soruşurdum, “hər şey əladır” cavabını verirdi. Bir gün getdim öz gözümlə gördüm. Çünki bundan əvvələ kimi getmirdim. Valideynin məşqə baxıb uşağına müdaxilə etməsini xoşlamıram. Təsadüfən bir gün gedib gördüm ki, oğlum nəinki komandasına kömək edir, əksinə mane olur (gülümsəyir). Ona dedim ki, futbol sənlik deyil. Ürəyimcə oynamırdı, yaxşı olsaydı, davam etdirməsini istəyərdim. Kimsə mənə görə ona hörmət edəcəkdi, o da hansısa istedadlı azərbaycanlı balasının yerini tutacaqdı. Həqiqi hərbi xidmətə yola saldım, indi Xüsusi Dövlət Mühafizəsi Xidmətində işləyir, dövlətə xidmət edir. Ondan çox razıyam.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib