26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Neftçi”nin sabiq futbolçusunun meyiti tapıldı

Bakıda təmirə dayanmış gəminin kapitanının meyiti tapılıb. 
 
Futbolxeber.az-ın lent.az-a istinadən məlumatına görə, hadisə Bibiheybət Gəmi Təmiri Zavodunun ərazisində, təmirə dayanmış gəmilərdən birində baş verib.
 
Həmin gəminin kapitanı, 1969-cu il təvəllüdlü Elşən Həsənovun meyiti onun yataq otağında aşkarlanıb. İlkin müayinə zamanı onun üzərində hər hansı xəsarət aşkarlanmayıb. Faktla bağlı araşdırma aparılır.
 
Həsənov Azərbaycanın ilk milli çempionatlarında Yevlaxın “Avtomobilçi” klubunun baş məşqçisi olub. O, klub dağıldıqdan sonra futboldan uzaqlaşıb və gəmidə çalışmağa üstünlük verib. Ötən əsrin 80-ci illərində respublikanın bir sıra komandalarında futbolçu kimi də çıxış edən Həsənov “Neftçi”nin heyətində SSRİ çempionatının güclülər dəstəsində də oynayıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30