26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Pesalli: “Qol vuracağıma əmin idim, lakin…” (MÜSAHİBƏ)

Ötən gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Futbolxeber.az-ın məlumatına görə, "Zirə"nin qonağı olan "Neftçi" 3:0 hesablı qələbə qazanıb. Matçdan sonra qonaq komandanın futbolçusu Jonas Pesalli saytımızın da suallarını cavablandırıb. Braziliyalı yarımmüdafiəçi qələbəni və 3 qol vurmasını belə şərh edib:
 
- Gözlədiyimiz kimi, oyun çətin başladı. Məşqçimiz tapşırmışdı ki, arxada yaxşı müdafiə olunaq, imkan düşəndə rəqibə əks hücumlarla zərər yetirək. Bunun öhdəsindən gəldiyimiz üçün də çox sevinirəm. 
 
- Belə oyun göstərəcəyini gözləyirdin? Ümumiyyətlə, karyeran ərzində het-trik edibsən?
- Bu matçda qol vuracağıma əmin idim, lakin üçünü gözləmirdim. Şadam ki, bunu bacara bildim. Bundan əvvəl də Fransada kubok oyununda het-trik etmişəm. Bununla ikinci dəfədir. 
 
- Baş məşqçiniz tapşırıb ki, “Panenka zərbəsi” ilə penalti vurma? 
- Bu zərbə ilə bağlı məşqlərdə hazırlığım olmayıb. Ona görə də ağlımdan keçmədi ki, məşqçi icazə verər, ya yox. 
 
- Cavab oyunu ilə bağlı nə deyə bilərsən? “Neftçi”ni artıq növbəti mərhələdə saymaq olar, ya necə?
- Belə oyunlar 180 dəqiqədən ibarətdir. Biz ilk addımı atdıq, qalır ikincisi. Bu matçda göstərdikləri oyun görə bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Azarkeşlərimizi, “Neftçi” rəhbərliyini qələbə münasibətilə təbrik edirəm. Ümid edirəm ki, ikinci matçda bundan da yaxşı çıxış göstərib, növbəti mərhələyə adlayacağıq. 
 
- Get-gedə “Neftçi”nin liderinə çevrildiyini demək olar?
- Xeyr, hələ ki, “Neftçi”də özümü lider saya bilmərəm. Komandada hər birimizin daşıdığı funksiya var. Buraya gəlmişik ki, “Neftçi”yə kömək edək. Bununda öhdəsində gələ bilirik. 
 
- Bəlkə, komandada lider olmadığı üçün “Neftçi” belə çətin vəziyyətdədir?
- Futbol kollektiv oyundur. Lider tək oynamır. Əlbəttə ki, lider amili də komandada böyük rol oynayır. İstər meydançada, istərsə meydandan kənar… 
 
- Komandanın lideri olmaq üçün iddialısan?
- Əlbəttə ki, hər bir oyunçu üzərində çalışır ki, çıxış etdiyi yerdə lider olsun. 
 
- Baş məşqçini süni qazondan gileyləndi. Bir neçə oyunçusunun belə meydançalara görə sıradan çıxdığını dedi. Bu matçı da süni örtükdə oynadınız. Hər hansı zədən varmı? Ümumiyyətlə, bu barədə şikayətiniz oldumu?
- Açığı, heç bir oyunçu süni qazonda oynamaq istəməz. Əlbəttə ki, yorulmuşam, amma heç bir zədəm yoxdur.   
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30