26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

İlqar Qurbanov: “PAOK-a qarşı da belə mübarizə aparsaq...”

"Qarabağ”ın üzvü İlqar Qurbanov “Sumqayıt”la oyundan sonra Futbolxeber.az saytına müsahibə verib. 

- 3:0 hesablı qələbəni necə şərh edərdin?

- Ötən tur Qəbələdə uduzmuşduq. Ona görə dı bu dəfə mütləq 3 xal qazanmalıydıq. "Qəbələ” bizi 6 xala qabaqladığından fərqin artmasını istəmirdik. Komanda şəklində çox yaxşı oynadıq. Hesabı bir qədər gec açdıq. Şanslarımız vardı, sadəcə, istifadə edə bilmirdik. İlk qolu vurduqdan sonra isı daha rahat oynadıq.

- Qolun yubanması komandada gərginlik yaradırdı?

- Bəli. Bu, bizdə istər-istəməz əsəb yaradırdı. Çünki “Sumqayıt” müdafiədən oynadırdı. Belə olan halda rəqibin arxa xətini yarmaq çətin olurdu. Nəticədə qolu da gec vurduq. Əsas odur ki, imkan düşdükcə, qol vurmağa çalışırdıq. Gec olsa da, məqsədimizə çatdıq. Önəmli olan 3 xalı qazanmağımız idi.

- "Qəbələ”nin "İnter”lə oyunda xal itirməsi oyununuza əlavə təsir göstərdi?

- “Qəbələ”nin xal itirdiyini əvvəldən bilmirdik.

- Vurduğun qolu necə təsvir edərdin?

- Mənim üçün hücuma qoşulmaq rahatdır. Həmin anda hiss etdim ki, Arif Daşdərimov topa arxa dirəyə göndərəcək və qol vura biləcəyəm. Topa yaxşı toxundum və demək olar baxımlı qola imza atdım.

- PAOK-la oyunöncəsi komandanın özünə gəldiyini söyləmək olar?

- Əlbəttə, hər qələbədən sonra əhval-ruhiyyə yüksəlir. Bu qələbə də istisna deyil. İnşallaah, oktyabrın 20-da PAOK-a qarşı da belə mübarizə aparsaq, yaxşı nəticə qazanacağıq.

- Həmin oyunda özünü əsas heyətdə meydanda çıxmağa hazır sayırsanmı?

- Bu, baş məşqçinin qərarıdır. Şans verəcəyi halda bunu dəyərləndirirəm. Birinci və ya ikinci hissədə oynamağımın fərqi yoxdur. Yetər ki, baş məşqçimizin mənə güvəni olsun.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30