26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Prosineçki: "Məşqçi olandan daha çox siqaret çəkirəm"

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki siqaret çəkməsinə münasibət bildirib. Çexiya mətbuatının məlumatına görə, xorvatiyalı mütəxəssis siqaret çəkməyin fəlakət olduğunu deyib.

Futbolxeber.az saytının məlumatına görə, bədəninin əksər hissəsində tatu olan R.Prosineçki bunları bildirib: "Siqaret çəkmək fəlakətdir. Ancaq onu ata bilmirəm. Əksinə, baş məşqçi olduqdan sonra daha çox çəkirəm. Heç kim bu cür əsəblərə dözməz. Futbolçu karyeranı həmişə yüksək səviyyədə keçirməyinə heç kim zəmanət verə bilməz. Tanınmış futbolçu olduğum üçün mənə tanınmış məşqçi olmaq lazım deyildi. Ancaq futbolçu kimi həmişə qələbə qazanmışam. İstəyirəm ki, bu amili Azərbaycanın futbolçularına da aşılayım".

47 yaşlı baş məşqçi Azərbaycanda çalışmasından söz açıb. Onun sözlərinə görə, ölkədə futbola istək artır: "Mənim Azərbaycanda əsas məqsədim oyunçulara qələbə ruhunu, sona qədər mübarizə aparmağı aşılamaqdır. Bakı AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərdən biridir. Bu, Azərbaycan üçün açar rolunu oynayır. Artıq hər kəs yerli əhalinin hansı mentalitetə sahib olduğunu bilir. Bura idman ölkəsidir və insanlar futbolu sevirlər. Bu ölkənin böyük potensialı var. İnfrastrukturlar var və futbola böyük yatırımlar edilir. Çoxlu gənc oyunçular var" (sportnet.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30