26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Rəşad Sadiqov: “17 günə 6 oyun, Avropada heç belə hal olmur”

“Sumqayıt”la oyunumuz çox çətin keçdi. Hər iki komanda meydanda mübarizə apardı. İlk hissədə rəqib 5 müdafiəçi ilə oynadığından onların qapısına yaxınlaşmaq çətin idi. Sonda istəyimizə çatdıq və layiqli qələbə qazandıq”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qəbələ”nin kapitanı Rəşad Sadiqov deyib.

III turdan təxirə salınmış oyunda “Qəbələ” “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib. Sadiqov isti hava şəraitinin oyunlarına çətinlik yaratdığını bildirib: “Oyun saat 5-də başlamışdı. Hava həddindən artıq isti idi. Bilmirdik istiyə qarşı mübarizə aparaq, yoxsa futbolumuzu oynayaq. Hava bir az sərinləşəndən sonra daha yaxşı oynadıq”.

“Qəbələ” - “Sumqayıt” oyununun ikinci hissəsində qonaqlar bir neçə epizodda əks-hücumda fərqlənməyə yaxın idilər. Sadiqov “Qəbələ”nin arxada boşluqlarla üzləşməsinin səbəbini belə izah edib: “Bəli, rəqibin də şansları var idi. Çünki sona yaxın tam qüvvə ilə irəli atıldıq. Hətta mərkəz müdafiəçimiz Rafael Santos da hücumda oynayırdı. Qol vurmağı çox istəyirdik. Bizim üçün heç-heçə ilə məğlubiyyətin fərqi yox idi. Bilirdik ki, qələbə qazansaq, vahid lider olacağıq. Bu məqam bizə həm stimul verirdi, həm də təzyiq yaradırdı”.

“Qəbələ” bu gün Topaz Premyer Liqasının VI turunda “Zirə”nin qonağı olacaq. Sentyabrın 29-da isə “Qırmızı-qaralar” Avroliqanın qrup mərhələsinin ikinci turuna Bakıda “Maynts”ı qəbul edəcək. Sıx təqvimlə bağlı Sadiqov fikirlərini belə ifadə edib: “Hələ ki yorulmamışıq. Amma çox ağır olacaq. 17 günə 6 oyun, Avropada heç belə hal olmur. İnşallah, bu çətin müddəti zədəsiz keçirərik və qələbələrimizi sıralayırıq”.

Təcrübəli yarımmüdafiəçi qeyd edib ki, çempionluq uğrunda mübarizədə əsas rəqibləri “Qarabağ” və “İnter”dir: “Qəbələ”nin bu mövsüm məqsədi çempion olmaqdır. Sona qədər istəyimizə çatmaq üçün mübarizə aparacağıq. Çempionluq yolunda əsas rəqibimiz “Qarabağ” və “İnter”dir. Çempionluq mübarizəsi bu 3 komanda arasında keçəcək”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30