26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Prosineçki “Qəbələ”ni təriflədi: “Maribor”un işi asan olmayacaq”

“Qəbələ”nin yaxşı komanda olmasına zərrə qədər şübhə yoxdu. Çox güclü və ciddi komandadı”. Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

Təcrübəli mütəxəssis təmsilçimizin Avropa Liqasının pley-off mərhələsindəki şanslarını dəyərləndirib. Sloveniyanın “ekipa24.si” saytına danışan millimizin çalışdırıcısı “Maribor”la oyunöncəsi “Qəbələ”ni tərifləyib.

Prosineçki “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun müsbət keyfiyyətlərini də sadalayıb: “Qriqorçuk çox ağır, intizamlı, mütəşəkkil görünən və müdafiədəki oyuna daha çox köklənən mütəxəssisdi. Bu komandada da müəyyən çətinliklər var. Amma onlarla qarşılaşmada risk etmək təhlükəlidi. Bir sözlə, “Maribor”un işi asan olmayacaq”.

Qeyd edək ki, “Qəbələ” ilə “Maribor” arasında ilk oyun sabah “Dalğa Arena”da keçiriləcək (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30