26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Tərlan Əhmədov: “Rəqibə qarşı tərbiyəsizlik öz komandana hörmətsizlikdir”

“Neftçi” ilə oyunlarımız həmişə çətin keçir. Budəfəki qarşılaşma da istisna olmadı. Ümumi götürsək, komandamdan razı qaldım”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının ilk turunda "Neftçi"yə qarşı keçirilmiş oyundan sonra deyib.

Əhmədov komandasının 0:2 hesablı yenilgisi barədə belə danışıb: “İlk görüş olduğu üçün futbolçularda həyacan  hiss olunurdu. Komanda mübarizə apardı. Builki heyətimiz oturuşub. Ruslan Əmircanovun təcrübəsi var. Ancaq yeni gələnlərin hamısını ilk hissədə meydana buraxmaq olmur. Onun fiziki durumu 90 dəqiqə oynamağa imkan vermir. Belə oyunlarda emosiya çox olur. Sayılmayan qolumuz oldu. Hakim nə olduğunu daha yaxşı gördü. Buraxdığımız qola gəlincə, Elşadın o qədər də təcrübəsi yoxdur. AZAL-ın vəziyyəti göz qabağındadır. Bizim kimi hakimlərin də səhvi olur. İki hücumçum var - Röyal və Canalidze. "Neftçala" mayda dağıldı, Canalidze səkkiz gündür ki, bizim heyətə qoşulub. Onu necə meydana buraxım? Məcburuq. Bu məbləğə hansı səviyyəli futbolçu gətirə bilərik? Canalidzeyə min manat maaş veririk. Mənim bugünkü hədəfim 4, 5 və 6-cı pillədir. Bacardığımız qədər oynayacağıq. İlk üç pillə desəm, yalançı olaram. Bütün futbolçular öz optimal formasını yığandan sonra daha yaxşı AZAL görəcəksiniz. Aşağı dəstədən gələn futbolçuları divizion psixologiyasından çıxarmaq çətindir. Röyalın bəzi epizodlarda soyuqqanlı olması məni sevindirir, ancaq bizə vaxt lazımdır. Təbii ki, onun özünün də istəyi olmalıdır. Ruslan cəzalandı, nəticədə əvəzedici heyətə göndəriləcək. Orada necə oynayacaq, ona məşqçilər nəzarət edəcək. Rəqibə qarşı tərbiyəsizlik etmək, komandaya qarşı hörmətsizlik etməkdir. Digər epizodlarda futbolçuya heç nə deyə bilmərəm. Ancaq belə epizodlarda cəzalanmalıdır".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30