26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Eddi İsrafilov “Kordoba”ya da lazım olmadı

Azərbaycan yığmasının futbolçusu Eddi İsrafilov “Kordoba”da da qalmayıb. Futbolxeber.az saytının məlumatına görə, millimizin yarımmüdafiəçisi Sequnda klubundan ayrılıb.

Buna səbəb Eddinin “Kordoba” ilə icarə müddətinin başa çatmasıdı. Müqavilə ilə “Mursiya”ya məxsus olan 24 yaşlı oyunçunun yanvar ayında icarəyə keçdiyi “Kordoba” ilə anlaşma müddəti bu gün başa çatıb.

Onunla yanaşı, daha 9 futbolçunun “Kordoba” ilə müqavilə müddəti bitib. Bunlar İsmael Falkon, Albert Dalmau, Marius Stankeviçyus, Nando Qarsiya, Raul de Tomas, Viktor Peres, Lopes Silva, Xisko və Lusodu. Eddi kimi, Nando Qarsiya, Raul de Tomas və Viktor Peres də aşağı liqa klubunda icarə əsasında çıxış edirdilər. Hazırda “Kordoba”nın heyətində cəmi 13 futbolçu qalıb.

2011-ci ildən “Mursiya”ya məxsus olan Eddi İsrafilov bununla həmin vaxtdan bəri icarə əsasında yollandığı 4-cü klubda da özünü doğrulda bilməyib. O, bu ilin ilk 6 ayında “Kordoba”nın heyətində 9 oyunda iştirak edib (apasport.az).

 

Qeyd edək ki, Eddi İsrafilov Azərbaycan yığmasında 5 oyun keçirib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30