26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Roman Qriqorçuk: “Pulun az olması o demək deyil ki, pis işləyəcəyik”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Futbolxeber.az saytına müsahibə verib.

- Komandanız U-19 Liqasında çıxış edən futbolçulardan ibarət yığma ilə yoxlama oyununda üz-üzə gəldi və 3:0 hesablı qələbə qazandı. Qarşılaşma barədə nə deyə bilərsiz?

- Bu oyun məşq xarakteri daşıyırdı. Ona görə də nə deyəcəyimi bilmirəm. Ümumi götürdükdə, belə qarşılaşmalar bizə çox lazımdır. Komanda ilə birgə təlim-məşq toplanışına gedəcək oyunçuları müəyyənləşdiririk. Bu görüşdə xeyli məlumat əldə etdik ki, bu da məşqçilər korpusu üçün çox faydalıdır.

- Yeni transferlərdən olan Filip Ozobiç bu gün qol vurdu. Onun oyununu necə dəyərləndirərdiz?

- Onun çıxışına bu oyuna görə qiymət verə bilmərik. Bugünkü matçda yaxşı məşq etdik. İndi hansısa fikir bildirmək üçün tezdir. Bir neçə futbolçunun çıxışınız izləmişdim. Ozobiçin göstərdiyi oyunu çox bəyəndim. Şadam ki, hazırda o, bizim heyətimizdədir.

- Başqa hansı transferləri reallaşdırmağı planlaşdırırsız?

- Transferlərin olmasını istəyirik. Komanda üçün bu, çox lazımdır. Yeni transferlər olmalıdır. Lakin vaxtımız azdır. Ciddi iş aparırıq. Necə alınacağını zaman göstərəcək. Avroliqadakı ilk oyunumuza təxminən 2 həftə qalıb. Vaxt azdır ki, bu da bizə çətinlik yaradır. Başqa yolumuz yoxdur, çalışmalıyıq.

- Aleksey Qay, Dodo, Arif Daşdəmirov kimi aparıcı futbolçular “Qəbələ”ni tərk etdi. Onların boşluğunu doldurmaq mümkün olacaq?

- Aparıcı futbolçuları itirdik. Lakin bunu unutmalıyıq. Bu barədə düşünmək belə istəmirəm. Reallıqla barışmalı, onu qəbul etməliyik. Narahat olmağa əsas yoxdur.

- Premyer Liqada növbəti mövsümdə 8 komanda oynayacaq. Bu məqama görə çempionatın səviyyəsinin aşağı düşəcəyini gözləmək olar?

- Yox, 8 komanda çempionatın zəif olması demək deyil. Bu sayda komanda ilə də çempionat çox maraqlı ola bilər. Əsas komandaların sayı yox, hansı durumda olmalarıdır. Çempionatın zəif olacağını düşünmək üçün səbəb görmürəm

- Ukraynalı köməkçilərinizin komandadan gedişi işinizə çətinlik yaratmayacaq?

- Onlarla uzun müddət birgə işləmişik. Lakin şəxsi məsələlərə görə getmək məcburiyyətində qaldılar. Bunu anlayışla qarşıladım. İşimdə hər hansı bir çətinlik olacağını düşünmürəm. Hazırda korpusumda yer alan məşqçilərin səviyyələrinə şübhə etmrəm.

- Büdcənin azaldılmasına münasibətiniz necədir?

- Bu qərara hörmətlə yanaşıram. Problem deyil. Pulun az olması o demək deyil ki, pis işləyəcəyik. Əksinə, indi daha məsuliyyətlə çalışmalıyıq. Bu vəziyyətdə işləmək çox maraqlıdır.

- Avroliqanın ilk təsnifat mərhələsindəki potensial rəqiblərinizin adı məlumdur...

- Potensial rəqiblərin sayı çoxdur. Ona görə də indidən nəsə demək çətindir.

- Qarşılaşmaq istədiyiniz və ya istəmədiyiniz hansısa xüsusi rəqib var?

- Biz püşkün nəticəsinə təsir edə bilmərik. Nəticə necə olsa, elə də qəbul edəcəyik.

- Komandanızın növbəti mövsüm üçün hədəfi nə olacaq?

- Ötən il biz hədəflərdən lazım olandan çox danışdıq. Bu il belə etməyəcəyik. Ona görə də sualınıza cavab verim ki, məqsədimiz hər gün, hər an inkişaf etməkdir. Növbəti oyunda qələbə qazanmalıyıq, addım-addım uğura doğru getməliyik.

- Aleksey Antonov və Sergey Zenyovun “Qəbələ”dəki taleyi necə olacaq?

- Bu barədə tezliklə qərar qəbul ediləcək. İndidən nəsə demək çətindir, danışıqlar gedir.

- Siz onların komandada qalmasını istəyirsiz?

- İstəmək əhəmiyyət daşımır. Ortaq məxrəcə gəlmək lazımdır. Mənim üçün əsas odur ki, futbolçum xoşbəxt olsun.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30