26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Qəbələ”nin bombardiri debütundan danışdı

Azərbaycam Premyer Liqasının XXXI turu “Qəbələ”nin gənc futbolçusu Ehtiram Şahverdiyev üçün əlamətdar olub. Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ”nin akademiyasının 19 yaşlı yetirməsi klubun əsas komandasında debüt edib. Əvəzedicilərin çempionatının ən yaxşı bombardiri “Xəzər Lənkəran”la səfər oyununun (1:0) 82-ci dəqiqəsində meydana çıxıb. Ehtiram debüt matçı haqda fikirlərini gabalafc.az-a açıqlayıb:

“Gənc oyunçu kimi əsas komandada debüt etməyim yaxşı oldu. Təbii ki, əvəzedici komanda ilə əsas heyət arasında fərq böyükdür. Burada təcrübəli oyunçularla birlikdə çıxış etdim. Buna çox sevinirəm. Əvvəlki qarşılaşmalarda da adım “18-liy”ə daxil edilsə də, debütüm məhz “Xəzər Lənkəran”la görüşdə gerçəkləşdi. Hər oyunda meydana çıxacağımı gözləyirdim. Məşqçi mənə bu oyunda şans verməyi lazım bildi. Oyun barədə onu deyə bilərəm ki, meydanda çox istəkli idim. Buna baxmayaraq, oynadığım qısa müddətdə topa toxunuşum da az oldu. Öz oyunumdan razı qalmadım. Bu, birinci oyun olması ilə bağlıdır. Qarşıdakı matçlarda daha yaxşı olacağını düşünürəm. Debüt matçında həyəcanlı olduğumu söyləməzdim. Var idisə də, çox az idi. Əvəzedici heyətdə çox oynadığımdan kifayət qədər praktikamın olması həyəcan keçirməməyimə kömək etdi. İndiki vəziyyətdə əsas komandada oynamağa hazıram. Şans versələr, qarşıdakı oyunlarda da komandaya əlimdən gələn köməyi edə bilərəm. İstəyərdim ki, cari mövsümün sonunadək qol hesabımı da açım. 3 gündən sonra Azərbaycan kubokunun “Neftçi” ilə ilk oyununa çıxacağıq. Son iki matçda qalib gəlmişik. Komanda hazırda yaxşı durumdadır və Bakıdakı oyunda da qələbə qazana bilərik. Ümid edirəm ki, bu görüşdə də məşqçimiz mənə şans verər. Mən də bundan maksimum yararlanmağa çalışacağam”.

Şahverdiyev 2005-ci ildə peşəkar klub kimi qeydiyyatdan keçən “Qəbələ”nin 11 illik tarixinə 201-ci futbolçu kimi düşüb. Bunadək müxtəlif turnirlərdəki rəsmi matçlarda 200 futbolçuya güvənən komandanın 201-cisi Premyer Liqada “qırmızı-qara” forma geyinən 185-ci oyunçudur. 20 yaşını bu ilin oktyabrında qeyd edəcək hücumçu bu yaşa çatmamış əsas komandada debüt edən 21-ci futbolçudur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30