26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Roman Qriqorçuk: “Qəbələ” “Qarabağ”a qalib gələcək gücdədi”

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Premyer Liqasının 26-cı turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az-a müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:

- Qarşıdakı oyuna hazırlıq necə keçir?

- Hər şey plan üzrə davam edir. Yalnız bir gün Qəbələdəki əlverişsiz hava şəraiti səbəbindən planlarımız korlandı. Qar yağdığından hər yer donmuşdu. Amma belə qalan hər şey yaxşıdır. Oyuna qədər tam hazır olacağıq.

- "Qarabağ"la oyundan nə gözləyirsiniz?

- Çox ciddi rəqibə qarşı oynayacağıq. Yaxşı oyun üslubları var. İfaçıları da yüksək səviyyəlidir. Gücünü belə komandalarla oyunlarda yoxlamaq həmişə xoşdur.

- Mövsüm başlayandan "Qəbələ"nin düşərgəsində az qala hər kəs çempionluq uğrunda mübarizə apardıqlarını deyir. Amma nəticələriniz heç də bundan xəbər vermir...

- Biz həmişə qarşımıza yüksək hədəflər qoymuşuq. Belə də olmalıdır. İdmanda ikinci və ya üçüncü olmaq üçün mübarizə aparmaq olmaz. Sadəcə, uğura doğru addım-addım irəliləmək lazımdır.

- "Qəbələ" artıq lider "Qarabağ"dan 13 xal geri qalır...

- Hər şeyə rəğmən, biz öz hədəflərimizdən əl çəkməməliyik. Bunda pis heç nə yoxdur. Bu, idmandır. Biz öz çatışmazlıqlarımızı, səhvlərimizi görürük və onların üzərində çalışırıq. Onları vaxtında yoluna qoya bilsək, çempionluq da mümkündür.

- Siz çatışmazlıqlardan tez-tez söhbət açırsınız. Bəs onlar nə vaxt yoluna qoyulacaq?

- Unutmayın ki, sizin gördüyünüz bu komanda heç bir il deyil formalaşıb. Zamanla mövcud səhvlər aradan qaldırılacaq. Çünki hər gün səhvləri, çatışmazlıqları aradan qaldırmaq üçün çalışırıq.

- "Qarabağ"la oyun çempionluq uğrunda mübarizədə son şans sayıla bilər?

- Yenə də deyirəm ki, çempionluqdan, qlobal hədəflərdən çox danışılır. Biz isə daha çox hər qarşıdakı oyuna köklənməyə çalışırıq. Bütün diqqətimiz "Qarabağ"la oyuna yönəlib. Buna görə də bizi başqa heç nə narahat etməməlidir.

- İndiki "Qəbələ" "Qarabağ"a qalib gələcək gücdədir?

- Fikrimcə, hə.

- Nigeriyalı yarımmüdafiəçi Şerif İsanı komandada saxlayacaqsınız?

- Xeyr. O, Qəbələdə qalmayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30