26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Banişevskinin xatirəsi yad olunub

Bu gün Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, uzun illər “Neftçi” komandasının heyətində oynamış, SSRİ yığmasında çıxış etmiş, dövrünün ən güclü futbolçularından hesab edilən Anatoli Banişevskinin doğum günüdür. Futbolxeber.az-ın məlumatına görə, anadan olmasının 70-ci ildönümündə AFFA-nın və “Neftçi” Peşəkar Futbol Klubunun rəhbərliyi, veteran futbolçular, futbol ictimaiyyətinin nümayəndələri A.Banişevskinin məzarını ziyarət edib, qəbirüstü abidəsinin önünə əklillər və gül dəstələri qoyublar.

AFFA-nın baş katibi Elxan Məmmədov və “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev çıxış edərək Anatoli Banişevskinin Azərbaycan futbolunun inkişafı naminə xidmətlərini xatırladıblar. AFFA-nın İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov və Çingiz İsmayılov mərhum futbolçu ilə bağlı xatirələrini bölüşüblər. A.Banişevskinin ailəsi adından həyat yoldaşı çıxış edərək göstərilən diqqətə görə minnətdarlığını bildirib.


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30