26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Azarkeşlərin bizə qarşı etdiklərinin 2 qatı Lənkəranda “Neftçi”yə qarşı olacaq”

“BU QƏLƏBƏYƏ GÖRƏ “NEFTÇİ”Nİ TƏBRİK ETMƏK OLMAZ”

“Xəzər Lənkəran” gənclərlə oynayır. Komandanın təcrübəsi çox azdı. Buna baxmayaraq, “Neftçi” ilə oyunda meydanda əlimizdən gələni etdik”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Xəzər Lənkəran”ın müdafiəçisi Nodar Məmmədov deyib.

N. Məmmədov “Neftçi”yə 0:1 hesabı ilə uduzduqlrı oyunu belə şərh edib: “Oyunun bizim üçün vacib olduğunu bilirdik. 2 komanda arasında prinsipiallıq var. Meydanda yaxşı mübarizə apardıq. Yalnız sonda nəsə çatışmadı. Bəlkə də gücümüz sona qədər yetmədi”.

“Xəzər Lənkəran” müdafiəçisi azarkeş amilindən də söz açıb: “Azarkeşlərimiz oyundan əvvəl bizə yaxşı dəstək oldular. Deyirdilər ki, “Neftçi”dən başqa kimə uduzursuz, uduzun”. Azarkeşlərimizin yeri görünürdü. Lənkərandakı oyunda stadionda tam başqa atmosfer olacaq. Bu gün (söhbət dünən olub-red.) azarkeşlərin bizə qarşı etdiklərinin 2 qatı Lənkəranda “Neftçi”yə qarşı olacaq. Rəqib azarkeşlər bizi söyürdülər”.

Təcrübəli futbolçu “Bu qələbəyə görə “Neftçi”ni təbrik etmək olar” suaqlını belə cavablandırıb: “Məncə yox. Əslində “Neftçi” bizdən 2 baş üstündü, heyət baxımından. Ancaq 90 dəqiqə ərzində meydanda bərabər mübarizə getdi”.

N. Məmmədov hakimliyə də toxunub: “Son 20 dəqiqədə hakimlik məni qane etmədi  Axıra yaxın referi tez-tez kiçik follar verirdi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30