Ölkə futbolu
Qeyri-peşəkarların peşəkarlıq sevdası...
Peşəkarlıq. Bu, Azərbaycan futbol ictimaiyyətinin əksər üzvünün sevimli sözüdür. Klub rəsmisini, futbolçunu, məşqçini, hətta həkimi də dindirsən 2 sözündən biri peşəkarlıq olacaq. Hamı peşəkarlıqdan dəm vurur. Bəs, görəsən bu peşəkarlıq deyilən söz nə deməkdi? “Google”da axtarış verdim və qarşıma peşəkarlıq sözünün cavabı olaraq bu çıxdı: Peşəkarlıq - öz peşəsinin kamil bilicisi olmaq, hamının xoşuna gələn və zövqünü oxşayan, başqa sözlə desək, mövcud standartlara cavab verən keyfiyyətli məhsul hazırlamaq qabiliyyətidir.
Əgər, həqiqətən də peşəkarlıq yuxarıda yazılanlardırsa, onda Azərbaycan futbol ictimaiyyətinin 99 faizində peşəkarlıqdan əsər-əlamət yoxdur.
Peşəkarlıqdan yazıramsa, “kimdən başlayım” sualı üzərində xeyli baş sındırmalı oldum. Yox, elə bilməyin ki, yazmağa adam tapmıram. Əksinə, qeyri-peşəkların çoxluğu seçimi genişləndirir. Uzun sözün qısası, başlayaq “Bakı”dan.
“Bakı” əla klubdur. Klubun Hafiz Məmmədov kimi səxavətli, ehtiyacı olanlara əl tutan insan kimi ad çıxaran prezidenti var. İnfrastruktura söz ola bilməz. Futbolçular da say-seçmədilər. Hamısı “N” qədər pul qazanır. Bəs, görəsən komanda niyə uğursuzluğa düçar olur? Deməli, hardasa qeyri-peşəkarlığa yol veriblər. Məsələn, sonuncu baş məşqçi seçimi səhv idi. Lovğalıq kimi çıxmasın, amma hələ yaydan bu yana ən azı 5 dəfə Bandoviçlə bağlı yazdım ki, onu dərhal istefaya göndərmək lazımdı. Yoxsa, komanda uğursuzluğa düçar olacaq. Amma klub rəhbərliyi sona kimi məşqçiyə güvəndi və yekunda da bunun acısını avrokuboklardan kənarda qalmaqla çəkdi. Halbuki Bandoviç vaxtında istefaya göndərilsəydi, yeni gələn məşqçi ən azı işinə bir neçə ay erkən start verərdi. Amma gəl ki, bəzi “peşəkarlar” Bandoviçə vaxt lazım olduğunu deyərək, qışdan sonra komandada məşqçi işinin göründüyü, “Bakı”nın əla təsir bağışladığını qabartdılar. Halbuki bu, Bandoviçin işi deyildi. Bu, komandaya qışda cəlb olunan futbolçuların özlərini yaxşı tərəfdən göstərmələrinin nəticəsi idi. Axırda da Bandoviç başladı komandanın baş meneceri Zeynal Məmmədova qarşı çıxmağa. Amma gəl ki, “Bakı” hələ də bu başverənlərdən nəticə çıxarmayıb. Çünki komandaya yeni baş məşqçi gəlməmiş futbolçu transferinin 1 adı var – qeyri-peşəkarlıq. Maraqlı bir məqam var. Sabah “Bakı” İspaniyadan təzə bir məşqçi gətirəcək. Birdən həmin məşqçi Əfran İsmayılovun oyununu bəyənmədi. Onda necə olacaq? Tutaq ki, həmin ispan məşqçi Əfranın xidmətinə ehtiyac duymadığını bildirdi. Bu zaman “Bakı” nə edəcək? Əfran İsmayılovla imzalanmış müqavilə “40-ı” çıxmamış ləğv olunacaq? Yoxsa, ispan məşqçiyə deyiləcək ki, “sən canın, onu komandada saxla”. 2 versiyanın 2-sinin də sonu qeyri-peşəkarlıqdı. Elə bilməyin ki, Əfranla qəsdi-qərəzliyim var deyə bunları yazıram. Xeyr, burada söhbət Əfrandan getmir. Yeni gələn Əli və ya Vəli də olsaydı, heç nə dəyişməyəcəkdi. Burada söhbət komandaya məşqçi gəlməmiş rəhbərliyin futbolçu transfer etməsindən gedir. Kaş ki, yeni gələn məşqçi Əfranı bəyənə və dediyim bu və buna oxşar problemlər də ortaya çıxmaya.
“Bakı”nın ispan məşqçi gətirmək sevdasını da anlamaq çətindir. Nə olsun ki, “Atletiko” ilə əməkdaşlıq edirsiz. Bu o demək deyil ki, məşqçi mütləq ispan və ya İspaniyada olmalıdır. Ümumiyyətlə, şəxsi fikrimdir ki, “Bakı” son vaxtlar daim məşqçi seçimində səhvə yol verir. İstər Şefer, istər Starkov, istərsə də Bandoviçin təyinatı yalnış idi və zaman da bunu göstərdi. Halbuki əvvəllər “Bakı” daim əcnəbi seçimində əksər klublardan sözün yaxşı mənasında seçilirdi. Coko Haciyevski və Bülənt Qorxmaz kimi mütəxəssislərin istefası da yalnış idi. Məhz həmin vaxtdan sonra “Bakı” hələ də istədiyi məşqçini tapa bilmir. Heç olmasa, bu dəfə düzgün seçim edin. Yoxsa, növbəti qeyri-peşəkar seçim, peşəkarlığınızı yenidən şübhə altına salacaq.
“Bakı” kimi “Qəbələ” də neçə illərdi qeyri-peşəkarlığın qurbanına çevrilib. Hətta deyərdim ki, əyalət klubunun acısı daha böyükdü. Komandaya illərdi milyonlar xərclənir, xaricdən neçə-neçə məşqçi gətirilir, onlarla futbolçular transfer edilir, amma komanda heç cür avrokuboklara yollana bilmir. Amma çoxlarından fərqli olaraq, Yuri Syominin təyinatını alqışlayıram. Nəhayət ki, “Qəbələ” iddiasına uyğun məşqçi gətirə bildi. Syominin təyinatı nə Adams kimi reklama, nə də Fatih Kavlakla Ramiz Məmmədov kimi əlacsızlığa hesablanıb. Syomin əla mütəxəssisdir. Təcrübəsinə söz ola bilməz. İnanıram ki, o komandanı Avropaya daşıya biləcək. Yuri Pavloviçin içki düşkünü olmasını qabardıb, bu təyinata ağız büzənləri anlamaq çətindir. Ona qalsa, “Simurq”u bürünc medallara və tarixində ilk və hələlik sonuncu dəfə Avropaya daşıyan Roman Pokora arağın loru dillə desək, küpünə girirdi. Nə olsun? Əvəzində nəticə qazanırdı. Şəxsi həyatı kimin nəyinə lazımdı? Ya da başqa bir nümunə. “Bakı”nın əvvəlki illərdə lideri olan, Türkiyə tarixində Aleks De Souzadan sonra ikinci ən yaxşı braziliyalı hesab olunan Jaba bir oturuşa 30 dənə “Miller” içməmiş durmurdu. Lakin iş futbola gələndə oğul istəyirdim ki, qabağında duraydı. Bir sözlə, kiminsə içki düşkünü olmasından bizə nə? Onsuz da kim nə edirsə, özünə edir. Əsas odur ki, futbolçuya və ya məşqçi qarşısına qoyulan məqsədə çatsın.
Uzun sözün qısası, Syomin “Qəbələ”də uğur qazanacağına inam böyükdür. Yetər ki, yan-yörəsindəki qeyri-peşəkarlar buna imkan versin. Bayaq “Bakı” haqda yazdığım məşqçi gəlməmiş edilən transferlər “Qəbələ”yə də aiddir. Deyirlər ki, Syomin Levinin oyununu bəyənib. Tutaq ki, bəyəndi. Ona görə tutaq ki, deyirəm ki bu, inandırıcı deyil. Syomin kimi məşqçinin 1 oyuna görə futbolçu seçməsinə inanmaq çətindir. Yaxşı, lap Syomin Levinin oyununu gördü, bəyəndi. Bəs, Nizami Hacıyev? Onu harda gördü, harda bəyəndi? Axı Nizami xeyli müddətdi futbol oynamır. Syominin izlədiyi “İnter”in oyununda da bildiyim qədəri ilə Hacıyev meydanda olmayıb. İndi zəhmət olmasa, cavab verin görək Nizami Hacıyevi komandaya kim gətirib? Klubun əməkdaşları, yoxsa Syomin? Məncə, bu sualın cavabı bəllidir. Bu isə qeyri-peşəkarlıq nümunəsidir.
Söz peşəkarlıqdan düşübsə, “Neftçi” haqda yazmamaq dənizə gedib, çimməməyə oxşayar. “Neftçi”nin qeyri-peşəkarlığı haqda uzun-uzadı danışıb, nə sizi, nə də özümü yormaq istəyirəm. Finaldan sonra yaşananlar elə ən böyük qeyri-peşəkarlıq nümunəsidir. Əgər, bir klubun rəsmisi rəqib futbolçunu təpiyinin altına salırsa, ya da klubun daim peşəkarlıqdan dəm vurub, amma 10 metrliyindən belə qeyri-peşəkarlıq qoxusu gələn rəsmisi rəqib azarkeşlərə tərəf çönüb, “yuh” deyirsə, baş barmağını aşağı salıb, bu jestini rəqib fanatlara tərəf edirsə, deməli bu klubdan peşəkarlığın heç P-sı da yoxdu. Yalandan özünüzü yorub, camaata yalan danışmayın. Onsuz da hər şey göz önündədir.
Şahin ZÜLFÜQAROV, “Het-trik news”
P.S. Cəmi 3 klubdan yazdım. Elə bilməyin ki, digərlərinin peşəkarlığı aşıb-daşır. Əsla. Sadəcə olaraq, digərlərindən də yazsam, bu olar paxıllıq. Axı necə razı ola bilərəm ki, bütün qəzet mənim yazımla dolsun.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- II turun hakim təyinatları açıqlandı
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- "Qarabağ"ın "Xaric segah"ı...
- "Zirə" "İmişli"ni məğlub etdi
-
11:58
"Napoli" "Bolonya"ya qalib gəldi VİDEO
-
11:32
Boksçularımız Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
-
11:17
"Yuventus" uduzdu VİDEO
-
11:00
Varkonyi: “Tək “Sabah” yox, “Zirə” və “Neftçi”ni də unutmaq olmaz”
-
10:46
Derbini "Mançester Siti" qazandı VİDEO
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:53
"Barselona" səfərdə qalib gəldi VİDEO
-
09:31
Toral oynadı, "Bursaspor" xal itirdi
-
09:14
"Qalatasaray"dan çətin qələbə VİDEO
-
23:37
Renat Dadaşov Ukraynada debüt etdi
-
23:23
Zirədə qalib aşkarlanmadı VİDEO
-
22:00
Qurban Qurbanov: “Hər iki komanda 1 xala layiq idi”
-
21:18
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçında heç-heçə VİDEO
-
20:56
"Qarabağ" məğlubiyyətdən qaçdı
-
20:35
“Turan Tovuz”dan etiraz: “Təzyiqlərlə üzləşirik
-
19:22
Kurban Berdiyev: “VAR-a gedəndə başqa qərar gözləyirdim”
-
18:54
Gimnastlarımız dünya çempionatında gümüş medal qazanıblar
-
15:01
"Atalanta"dan gözlənilməz məğlubiyyət VİDEO
-
14:47
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçirilir
-
13:33
"Borussiya" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:59
Messi qol vurdu, zirvəni ələ keçirdi
-
12:28
"Trabzonspor" yenə uduzdu VİDEO
-
12:00
“Sumqayıt”ın yeni transferi: “Azərbaycan Premyer Liqası çox çətin çempionatdır”
-
11:46
"Arsenal" istəyinə ikinci hissədə çatdı VİDEO
-
11:15
“Neftçi” Türkiyədə klubları ilə bacarmadı
-
10:52
"Latsio" - "Milan" matçında 4 qol VİDEO
-
10:34
Günün canlı yayımlanacaq matçları - TV
-
10:21
"Çelsi" "Hall Siti" ilə bacarmadı VİDEO
-
10:07
Ozan Canın komandasından heç-heçə
-
09:43
"Real"ın qələbəsi VİDEO
-
23:56
"Sumqayıt" - "Şamaxı" matçında qarşılıqlı qollar VİDEO
-
22:49
“Bir dəfə 0:5 hesabı ilə uduzmaq, beş dəfə 0:1 hesabı ilə məğlub olmaqdan daha yaxşıdır”
-
22:48
“Sumqayıt”ın baş məşqçisi: “Bir xalla kifayətlənməyə layiq deyildik”
-
22:25
Azər Bağırov: “Səfərdə oynamaq daha çətindir”
-
21:39
“Sumqayıt” qəkəbəni əldən verdi
-
21:10
Nuriyevin komandasından 9 qollu qələbə
-
20:54
"Kəpəz" "Qəbələ"ni məğlub etdi VİDEO
-
15:43
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
-
15:07
"Gəncə"də meksikalı məşqçi
-
14:32
Çempionlar Liqasında həftənin rəmzi komandası
-
14:16
"Naxçıvan"da yeni müqavilə
-
13:58
"Arsenal" 17 yaşlı gürcüstanlı futbolçu transfer etdi
-
13:25
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
-
12:41
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu: "Qurban Qurbanovla işləmək istəyirəm"
-
12:00
Basketbol millimiz Türkiyədə ikinci olub
-
11:39
Voleybol klublarımızın avrokuboklarındakı oyun proqramı bəlli olub
-
11:14
“Fiorentina” 3 xalı 4 qolla qazandı VİDEO
-
10:57
"Gəncə" Ülkər Kərimova ilə müqavilə imzalayıb
-
10:23
“Şalke” mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
14.09.2026
13.09.2026
12.09.2026
























