26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Yazışmalardan, ifadələrdən də görünür ki, Cavid Hüseynovun heç bir günahı yoxdu”

“Məhkəmə qarşısında 2 vəsadət qaldırdıq. Həbs-qəti imkan qərarının ləğv olunmasını və digər cinayət işi başa çatmadıqca bu prosesin davam etdirilməməsini istədik”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri hazırda həbsdə olan “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynovun vəkili Adəm Məmmədov deyib.

Vəkil qeyd edib ki, hazırda Cavidlə bağlı cinayət işinin aparılması düzgün deyil: “Mən hesab edirəm ki, digər cinayət işi başa çatmadıqca bu prosesə baxılması düzgün deyil. Çünki Cavidin cinayət işi digər işdən asılıdır. Həmin proses isə uzana bilər. 5 nəfərlə bağlı davam edən məhkəmə prosesi çox vaxt aparacaq. Yalnız həmin cinayət işi ilə bağlı hökm çıxdıqdan sonra Cavidin məsələsinə baxıla bilər”.

Adəm Məmmədov jurnalistlərin məhkəmə prosesində iştirakının tərəfdarı olduğunu qeyd edib: “Bugünkü iclasda jurnalistlərin iştirak etməməsi ilə bağlı qərarı hakim qəbul etdi. Mən bu haqda heç nə deyə bilmərəm. Bu, məhkəməmnin səlahiyyəti daxilindədi. Mən də istəyirəm ki, jurnalistlər məhkəmə prosesində iştirak etsin. Gələn məhkəmədə bu məsələni də qaldıracağam. Qoy, məhkəmə prosesi açıq keçirilsin. Mən özümdə maraqlıyam ki, jurnalistlər məhkəmədə iştirak etsin və həqiqət üzə çıxsın”.

A. Məmmədov vurğulayıb ki, hüquqlarını qoruduğu şəxsin günahsız olduğu aşkar görünür: “Yazışmalar var. Elşən İsmayılov Cavid Hüseynova bildirib ki, jurnalist məni söyüb və bu məsələnin sənə aidiyyatı yoxdu. Bütün bunlar yazışmada açıq-aşkar görünür. Mən hətta bütün yazışmaların mətbuatda çıxmasının da tərəfdarıyam. Yazışmalardan, ifadələrdən görünür ki, Cavid Hüseynovun heç bir günahı yoxdu. Hətta Cavid özü də qohumlarına bildirib ki, gedin polisə təslim olun. Cavidin bu məsələdə iştirakçı olduğu deyilir. Amma məhkəmə tərəfi də bilir ki, o, günahkar deyil. Cavidin cinayət sifariş verən olması barədə hər hansı ifadə, ya da sübut olmalıdı. Amma yazışmaların heç biri bunu göstərmir.Bütün dediklərim istintaq tərəfindən də müəyyən olunub”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30