26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Tural Nərimanov: “Çempionata maksimum şəkildə hazır olmalıyıq”

“Yevlax toplanışında bizim üçün vacib olan fiziki durumu yaxşılaşdırmaq idi. Yaxşı çalışdıq, hazırlıq əla keçdi. Qarşıda toplu məşqlər var”. Futbolxeber.az-ın məlumatına görə, bunu “Kəpəz”in futbolçusu Tural Nərimanovdur. Təcrübəli müdafiəçi kapazpfc.az saytına açıqlamasında Yevlaxda keçirilən təlim-məşq toplanışını dəyərləndirib: “Gündə iki məşq etdik. Əlbəttə ki, ağır idi. Fiziki yükləmələrin olacağını əvvəlcədən də bilirdik. Nə qədər ağır olsa da, işimiz budur. Çalışdıq ki, üzərimizə düşən işin öhdəsindən gələk. Çempionata maksimum şəkildə hazır olmalıyıq”.

Bir həftəlik toplanış müddətində “Kəpəz” iki yoxlama oyunu keçirib. “Sarı-göylər” öncə Yevlaxda əvəzedici heyətlə, daha sonra isə Bakıda “Qaradağ Lökbatan”la qarşılaşıblar. İlk matçda 6:0 hesabı ilə qələbə qazanan komanda paytaxtda 1:2 hesabı ilə uduzub: “Bu mərhələdə keçirilən yoxlama oyunlarının nəticəsi önəm kəsb etmir. Yorğun ola-ola görüşlərə çıxdıq. Əsas olan fiziki durumu yoxlamaq idi. Bizə taktiki-texniki hazırlıq dövründəki oyunlarda özümüzə inamı artırmaq üçün qələbələr lazımdır”.   

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30