15 Mart 2024, Cümə
"Qarabağ" Avroliqa ilə vidalaşdı
Musa Qurbanlı milliyə çağırıldı
"Qarabağ" Almaniyaya yollandı
Avropa çempionatı Azərbaycanda

Ölkə futbolu

Sakitsiz 50…

Yaşasaydı, 50 yaşını qeyd edəcəkdi. Təəssüf, çox təəssüf... Yaxından tanıdığın, mərdliyinə zərrə qədər şübhə etmədiyin biri haqda keçmiş zamanda danışmaq...

O, etdiklərinə, gordüyü və görəcəyi işlərə görə yaşamalı idi. Amma yaradanın yazdığı alın yazısından qaçanı görmədik.

Yaxalandığı xəstəlikdən qurtulmaq üçün çox çalışdı, həm də təkcə özü deyil, ailəsi, doğmaları, dostları ilə birgə.

Çox çətindi onun portretini cızmaq. Hardan başlayıb, hardan qurtaracağını bilmirsən. Çünki tanıdığın, tanıdığın qədər də xətrini istədiyin insan idi.

Futbolçu kimi karyerasının pik nöqtəsi müharibə illərinə təsadüf etsə də, “Turan” adlı körpənin dünyaya gəlməsində yaxından iştirak edib. Hətta həmin körpənin iməkləməsində, ayaq açıb gəzməsində pay sahibi olub. Açığı, bu varlıq elə ən yaxşı günlərini, illərini onunla birgə yaşadı. Müharibə dövrü olmasına, göydən bombaların yağmasına baxmayaraq, nə özü tərk etdi komandanı, nə də onun başına yığışanların qaçmasına imkan verdi. Göydən mərmi yağsa da, yerdə “Turan” “əzrayıl” olmuşdu, öz “dostları”na. Tovuza heç kim yol gələ-gələ 3 xalın cibində olduğunu düşünə bilməzdi. Komandanın iddiasından asılı olmayaraq...

Sakiti Sakit edən, sevdirən xarakteri idi. Çox təvazökar, utancaq, həyalı, mərd və tamahına qalib gəlməyi bacaran insan idi. Haqsızlıq gördüyü yerdə məsələnin ona aidiyyatının olub-olmamasından asılı olmayaraq, müdaxilə edirdi, istəmirdi ədalət boğulsun, boğsunlar. Neçə-neçə gəncə yol göstərdi, göstərməyə çalışdı. Amma sən deməklə deyil ki, əgər dediyin qarşındakının kafasında özünə yer tapmırsa nə fayda. Ona Allah adamı da deyirdilər. Təvazökar, qarşısındakını incitməməyə çalışan biri idi...

“Turan”la bağlı xoş olmayanları heç vaxt sakit qarşılamazdı. İstər klubun adının dəyişdirilməsi, istərsə də Premyer Liqadan gedişi olan, amma dönüşünü nadir hallarda baş tutan I diviziona yollanması onu çox üzmüşdü. Həkimlərin “özünü stressdən, əsəbləşməkdən qoru” deməsinə rəğmən, “od püskürürdü”. Müalicəsinə diqqət yetirməli olduğu anlarda durub Bakıya gəlmişdi.. “Turan”ın aqibəti onu yaman narahat edirdi. Futboldan xəbəri olmayanların Tovuza gəlib at oynatması ilə barışa bilmirdi.

Sakit tamahına da hakim insan idi. Mən halal, təmiz adamam deyirdi.Bir epizodu qeyd edim. 2006-cı ildə yeni baş məşqçi təyin edilən zaman komanda Bakıda təlim-məşq toplanışında idi. Tanış menecerlərdən biri yaxınlaşıb və legioner futbolçu gətirə biləcəyini deyib. Həmin vaxt büdcə məhdud olsa da, buna ehtiyacvar idi və Sakit razılaşıb.Menecer dostumuz deyib ki, futbolçusunu komandasına götürəcəyi təqdirdə ona da “görüm-baxım” edəcək. Bu sözdən əsəbləşən Sakit bir də onu narahat etməməyini istəyib. Bir sözlə, bu gün əksər klublarımızda əsas “gəlir” yeri hesab edilən “yağlı tikə”ni o, stadionun qapısından bayıra atıb.

Maestro, Allah sənə rəhmət eləsin.

Mahal ŞAHNİYAR




Ad: Muammer erdoğdu;   E-mail: [email protected]

23.12.2015 12:37

Senin gibi insan azerbaycanda tanımadım ben rahmetli meşkcim sakit aliyev bu kadar düzgün karekter sahibi dürüst adam gibi adam keşke hayyatta senin gibi insanlar fazla olsa her anlamda o zaman dünya belki daha güzel bi yer olurdu seni tanıdıgım için kendimi şanslı hissediyorum iyiler bu dünyada kazanamaz inşallah allah seni cennetin en güzel köşesine almıştır iyi insan allah rahmet eylesin
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31