Ölkə futbolu
Elxan Məmmədov: “Təcrübəm çoxaldıqca, etibar etdiyim insanların sayı azalır”
AFFA-nın baş katibi Elxan Məmmədovla müsahibəsi
- Sizə kənardan baxanda futbolda yox, hansısa bir bankda calışan rəhbər işçiyə bənzəyirsiz. Hər zaman dəbli kostyumlar geyinirsiniz, bahalı və zövqlü aksesuarlar taxırsınız. Bu geyim tərzi sizdə hardan yetişib: Mançesterdə keçirdiyiniz tələbəlik illərindən, yoxsa Bakıdakı məktəb vaxtlarından?
- Düşünürəm ki, bu, ailədə aldığım tərbiyə, üstəgəl illərcə formalaşan zövqdür. Mən heç zaman hansısa brend dalınca qaçmamışam, mənin üçün əsası geyimin rahatlığı və ürəyimcə olmasıdır. Brendlərə gəldikdəsə, illər boyu hər məhsulunu xoşladığım cəmi bir firma olub - “Tommy Hilfiger”. Yeri gəlmişkən, mənim kostyumlarım yerli maldı. Düşünürəm, onları da yerli bir brend hesab etmək olar. Nəinki mən, bizim milli yığma komandasının bütün oyunçuları artıq dördünçü ildir ki, həmin brendin kostyumlarını geyinir, halbuki bir neçə türk firmaları ilə müqavilə imzalaya bilərdik. Hesab edirəm ki, bununla biz yerli brendləri dəstəkliyirik.
- Azərbaycanın daha hansı istehsalı brendə çevrilə bilər və biz onlarla fəxr edə bilərik?
- Bilirsiniz, məsələn hər bir əcnəbi digər ölkəyə gələrkən pivə sifariş verəndə, mütləq yerli pivə sifariş edir. Və bu pivədən bir ədəd içərək birini də sifariş edirsə, deməli yerli pivə xoşuna gəlir. Bu gün bizim öz pivəmiz belə bir vəziyyətdədir və bizim pivəmız də artıq brendə çevrilir. Alkoqolsuz içkilərdən isə ölkə xaricində tanınmaq şansı daha çox nar və heyva şirələrindədir. Bu növ mallarımızı düzgün təbliğ etsək, onları da ölkəmizin brendinə çevirə bilərik. Və bu gün xaricdə olarkən Azərbaycan istehsalı olan nar şirələrinə rast gələndə qürur duyuram.
- Sizinlə görüşüb futboldan danışmamaq Parisə gedib Eyfel qülləsinə qalxmamaq kimi bir şeydir. Bəlkə deyəsiniz, bu gün futbolumuzda brend oyunçular varmı və ya ona çevrilə biləcək futbolçu yetişirmi?
- Belə müqayisəyə görə təşəkkür edirəm (gülür). Bəli, bizdə belə insan var - o da mübahisəsiz ki, Rəşad Sadıqovdur! Və təəssüf ki, o bundan minimum yararlanır. Ona görə ki, milli komandamızın həm kapitanıdır, həm də 2001-ci ildən yığmada oynayan və futbolçularımızdan ilk olaraq milli komandada 100 oyun keçirən bir idmançıdır.
- Lakin bu 100 oyunun ən azı səksən faizi məglubiyyətlə bitib…
- Onun məsələyə heç bir aidiyyatı yoxdur! Rəşad bizim futbol azarkeşlərinin gözündə qalibdir və hər zaman qalib kimi də qalacaq. Bəlkə də o, statistikaya görə çıxış etdikləri oyunların çoxunda məğlub olub, lakin o, kapitandır, liderdir və yenə də deyirəm, müasir futbolumuzun əsl brendidir. Necə ki, yaxın keçmişdə brend Zaur Tağızadə idi, ondan qabaq Vəli Qasumov və Nazim Suleymanov idilər. Sadəcə, onların vaxtında futbola bu qədər fikir verən yox idi, futbol indiki kimi təbliğ olunmurdu. O ki qaldı gələcəyin brendlərinə, düşünürəm ki, Bədavi Hüseynov Rəşad Sadıqovun yerini tuta bilər. Bədavi artıq bu gün Rəşadla gözəl tandem təşkil edir.
- Məlum hadisələrdən sonra biz Cavid Hüseynov kimi brendə çevrilə biləcək futbolçunu itirdik…
- Biz itirmədik, o özü itirdi. İnanıram ki, onun məsələsi üzrə ədalətli qərar qəbul olunacaq. Qərar necə olacaq, bunu deyə bilmərik, çünki istintaqın gedişini bilmirik. Bircə onu deyə bilərəm ki, Cavid yaxşı idmançıdır.
- Elxan Məmmədov 2005-ci ildə və indi... Yaşdan və vəzifədən başqa nəyiniz dəyişdi?
- Sözsüz ki, daha səbrli olmuşam. Nəinki insanlara, işimə qarşı da. Əvvəl məni keyfiyyətdən çox işin öhdəsindən tezliklə gəlmək maraqlandırırdısa, indi ilk növbətə işin keyfiyyətlə başa çatmasını düşünürəm. Və əlbəttə ki, təcrübəm çoxalıb. Bu da ona gətirir ki, etibar etdiyim insanların sayı ildən-ilə azalır.
- Prosineçki də, Berti Foqts da millimizlə üç günə iki oyunu uduzublar. Onda Prosineçkinin Foqtsdan nəyi yaxşıdır? Yalnız qonorarı ondan az alduğuna görə?
- Bildiyiniz kimi Prosineçki köməkçiləri ilə birgə bizə ildə 1100 000 avroya başa gəlir. Və yalnız riyazi cəhətdən bu məsələyə baxsaq, onda Prosineçkinin rəhbərliyi altında biz altı oyunda 6 xal qazandıq, amma alman mütəxəssisinin rəhbərliyi altında ötən seçmə mərhələdə 10 oyuna 9 xal.Yəni, qiyabi olaraq Prosineçki bu seçmə mərhələsində əvvəldən işə başlasa idi, bəlkə də Foqtsdan daha yaxşı nəticə göstərə bilərdi. Lakin futbolda lift yoxdu və hər bir nəticəni əldə etmək üçün mərtəbələri pillə-pillə qalxmaq lazımdı. İndi də biz bunu xorvatiyalı mütəxəssizlə birgə edirik. Hesab edirəm ki, indi onları müqayisə etmək bir qədər tezdir. Əlbəttə, biz də İslandiya, Şimali İrlandiya kimi sonuncu səbətdən birinci səbətə “tullanmaq” istərdik, amma bunlar daha çox istisnadır, nəinki qayda.
- Nəhayət, sonuncu sualım. Milli komandanın futbolçularının aldığı qonorarlar haqqında müxtəlif şaiyələr gəzir, bəzən əfsanəyə daha çox oxşayır. Misal üçün, Şimali İrlandiyaya 2:0 hesabı ilə qələbəmizdən sonra hər bir oyunçuya 80 000 dolların verilməsindən danışıram. Doğrudanmı, heç bir əhəmiyyət kəsb etməyən qələbəyə görə hər futbolçu belə məbləğlə mükafatlanıb?
- Bu doğrudan da əfsanədi (gülür). Əlbəttə, biz futbolçuları qələbəyə görə mükafatlandırdıq, amma o məbləğ siz deyən məbləğdən ən azı bir-neçə dəfə aşağı idi. Bur də onu qeyd etmək istərdim ki, futbolçuların qonorarı bir-birindən fərqlənmir və məsələn, qol vuran oyunçu da, qapıçı da, müdafiəçi də eyni miqdarda pul alır. Bu bir qaydadı və bunu pozmağa ehtiyyac yoxdu.
Mənbə: atv.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib