26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Stamenkoviç aranı qatdı, Plaza vuruldu

Xəbər verdiyimiz kimi, Azərbaycan kubokunun final oyunundan dərhal sonra qalmaqal baş verib. Futbolxeber.az-ın məlumatına görə, qalmaqalın səbəbkarı “Neftçi”nin qapıçısı Saşa Stamenkov olub. Belə ki, serb qapıçı rəqib komandanın üzvlərinə qarşı qeyri-etik jestlər edib.

Bundan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak meydana daxil olaraq Stamenkoviçə etirazını bildirib. Sonra serbiyalı qapıçı yaxınlaşaraq Toşakın əlini sıxıb. Lakin bundan sonra da Stamenkoviç rəqibn futbolçularının ünvana təhqiramiz ifadələr işlədib. Nəticədə meydanda hər iki komandanın üzvləri arasında qarşıdurma baş verib. İnsident zamanı "Xəzər Lənkəran"ın məşqçisi Aleksis Plaza xəsarət alıb. İspan məşqçinin sifəti al-qana boyanıb. Eləcə də "Xəzər Lənkəran"ın futbolçularından birinin də sifəti qana boyanıb. "Neftçi" tərəfdən isə heç kim xəsarət almayıb.

Qeyd edək ki, insidentddən öncə "Xəzər Lənkəran"ın fəxri-prezidenti Mübariz Mənsimov komandanın paltardəyişmə otağına yollanmaq istəsə də, qalmaqala görə fikrindən vaz keçib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30