26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Qəbələ” “İnter”lə oyunun hazırlığına start verib

“Qəbələ” Topaz Premyer Liqasının IV turunun “İnter”lə oyununun hazırlıqlarına start verib. Futbolxeber.az-ın məlumatıan görə, Ukraynanın Odessa şəhərində keçirilən təlim-məşq toplanışını sentyabrın 7-də başa vurub, Qəbələyə qayıdan “qırmızı-qaralar” bir günlük istirahətdən sonra yenidən bir araya gəlib. Roman Qriqorçukun yetirmələri bu gün şəhər stadionunda axşam məşqini keçirib. Axşam məşqinə fiziki hazırlıqla başlayan futbolçular ardınca topla çalışıb. Növbəti məşqini də doğma stadionda keçirəcək komandanın sentyabrın 11-də Bakıya yollanması planlaşdırılıb. “Qırmızı-qaralar”ın oyun öncəsi son məşqi də həmin gün paytaxtda baş tutacaq.

Xatırladaq ki, IV turun “İnter” - “Qəbələ” qarşılaşması sentyabrın 12-də keçiriləcək. “İnter Arena”da baş tutacaq matç saat 20:00-da başlayacaq.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30