26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Aleksey Antonov: “Qəbələ”yə keçidim zamanı maddi baxımdan itirdim”

“Onsuz da püşkdən əvvəl nəticədən razı qalacağım nəticə gözləmirdim. Güclü rəqiblərlə qarşılaşacağımızı bilirdim. Çünki Çempionlar Liqasından bir neçə komanda da Avroliqaya düşüb. Ona görə də qrupumuzun asan olmayacağı bəlli idi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin hücumçusu Aleksey Antonov deyib.

Ukrayna mətbuatına geniş müsahibə verən 29 yaşlı futbolçu “Qəbələ”yə transfer olunarkən maddi baxımdan itirdiyini bildirib: “Burda gizlətməli heç nə yoxdur. “Qəbələ”yə keçidim zamanı maddi baxımdan itirdim. Amma bu, əsas deyildi. Çünki bilirdim ki, məni tanıyan məşqçinin yanına gedirəm. Onun işə yanaşmasını da bilirəm. Bu yaşımda belə inkişaf etməyim mümkündür”.

“Azərbaycanlılar emosionaldırlar. Bu baxımdan sizi necə qəbul etdilər” sualını Antonov belə cavablandırıb: “Normal. Bizim komandada azərbaycanlılarla yanaşı legionerlər də var: ukraynalılar və braziliyalılar. Əksər komandalarda olduğu kimi. Hər hansı bir problem yaşamadım”.

Antonov azərbaycanlı jurnalistlərdən gileylənib: “Bir dəfə oyundan sonra mənə “sız nəyə görə pis oynadınız” sualını verdilər. Mən isə dedim ki, “kim belə düşünür”. Onlar “biz, jurnalistlər” dedilər. Mən də yekunda “Yaxşısı budur, mənim oyunumu jurnalistlər yox, baş məşqçi qiymətləndirsin”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30