26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Modriç: "Azərbaycan millisi indi daha yaxşı oynayır"

"Osiyekdəki görüşlə müqayisədə Bakıda bizə çətin olacaq. Ancaq seçmə mərhələdəki oyun səviyyəmizi ortaya qoysaq, əminəm ki, istəyimizə nail olacağıq". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç Bakıya yola düşməzdən əvvəl Zaqreb hava limanında jurnalistlərə açıqlamasında deyib.

Madrid "Real"ının futbolçusu Avro-2016-nın seçmə mərhələsində qarşılaşacaqları millimizin hazırda daha yaxşı çıxış etdiyini bildirib: “Qarşıdakı iki oyuna da qələbə üçün çıxacağıq. İlk öncə Azərbaycanla matç haqda danışaq. Sonra Norveçlə görüş barəsində düşünərik. Məni qarşıdakı iki oyunda 6 xal qane edəcək. Ancaq 4 xal da pis nəticə olmaz. Artıq Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyil, Robert Prosineçkidir. O, bizi çox yaxşı tanıyır. Ancaq bu, bizimlə görüşdə onların şanslı olacağı anlamına gəlməməlidir. Doğrudur, Prosineçkinin gəlişindən sonra Azərbaycan yığması seçmə mərhələnin iki görüşündə yaxşı nəticə qazanıb. Onlar indi daha yaxşı oynayırlar. Lakin bunun önəmli rol oynayacağına inanmıram".

Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan - Xorvatiya matçı saat 21:00-da başlayacaq (qol.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30