26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

PAOK-un müdafiəçisi: “Qəbələ” özünü yaxşı tərəfdən göstərməyi bacarıb”

“Üç rəqibimizdən ikisi tanınmış, böyük komandalar deyil, ancaq düşünürəm ki, çox çətin qrupda yer almışıq”. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri PAOK-un futbolçusu Marin Leovats deyib.

 UEFA Avropa Liqasında C qrupunda “Qəbələ”, “Borussiya” və “Krasnodar”la birlikdə mübarizə aparacaq PAOK-un xorvatiyalı müdafiəçisi rəqiblər haqqındakı fikirlərini klubun saytı üçün açıqlayıb: “Növbəti mərhələyə keçmək istəyirik. PAOK Avropada kifayət qədər tanınmış və bilinən bir komandadı. Mənə elə gəlir ki, rəqiblərimizdən heç biri bizimlə bir qrupa düşdüyü üçün sevinməyib. Xüsusilə “Borussiya” ilə səfərdəki oyunlar çox həyəcanlı olacaq. Onların stadionundakı isti atmosferdə çıxış eləmək olduqca çətindi. Yenidən Avropada çıxış etmək üçün çox səbrsizlənirəm”.

 Sol cinah yarımmüdafiəçisi “Qəbələ” haqqında isə - “Azərbaycan klubu özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Onlar “Panatinaikos”u mübarizədən kənarlaşdıraraq güclü komanda olduqlarını bir daha sübut etdilər” - deyib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30