26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Qəbələ”nin Bakı fan-klubu da bəyanat yaydı

“Qəbələ” İdman Klubunun Bakı fan-klubu UEFA Avropa Liqası III təsnifat mərhələsi çərçivəsində baş tutan "Qəbələ" - "Apollon" (1:0) matçı zamanı və matçdan sonra baş verən xoşagəlməz hadisələrlə bağlı bəyanat yayıb. Futbolxeber.az “Qəbələ” TuFAN klubun feysbuk səhifəsində yer alan həmin bəyanatı olduğu kimi təqdim edir:

- "Gabala FC Baku Fan Club"un bütün üzvləri adından ictimaiyyətə çatdırmaq istədik ki, yeganə məqsədimiz ölkə daxilində və beynəlxalq idman arenalarında komandamıza dəstək olmaqdır. Bütün oyunlarda çalışırıq ki, komandamızda ruh yüksəkliyi yaradaq, onların oyuna köklənməsinə yardımçı olaq. Komandamızı etik davranışlar çərçivəsində dəstəkləmək və aqressiyadan, təxribatdan uzaq olmaq fan-klubumuzun prinsipial mövqeyidir. İstərdik ki, hüquq-mühafizə orqanları tribunalarda bizə dəstək olsunlar. Kütləvi insidentlərin iştirakçısı deyil, azarkeşlərimizin müdafiəçisi olsunlar. Digər inkişaf etmiş futbol ölkələrində olduğu kimi öz sevimli komandamızı şüarlar, plakatlar vasitəsilə dəstəkləmək imkanına malik olmaq istəyirik!”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30