26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Şahin Diniyev: “Çətindi, hər şeyə sıfırdan başlamağa məcburuq”

İyul ayının 1-dən Bakıda təlim-məşq toplanışına başlayan “Kəpəz” hazırlıqlarını sürdürür. Futbolxeber.az-ın məlumatına görə, baş məşqçi Şahin Diniyev yetirmələrini səhər və axşam olmaqla gündə iki dəfə məşqə çıxarır. Səhər çalışmaları dəniz kənarında, günün ikinci məşqi isə “Dalğa Arena”da reallaşır. Futbolçular fiziki, taktiki və texniki hazırlıq üzərində işləyir.

Şahin Diniyev hazırlıqla bağlı klubun mətbuat xidmətinə fikirlərini açıqlayıb: “Çətindi, hər şeyə sıfırdan başlamağa məcburuq. Çalışırıq təməli elə quraq ki, komanda uzun müddət ayaqda ola bilsin. Uşaqlar səylə hazırlaşırlar. Heyət hələ tamamlanmayıb, komanda formalaşmayıb. Mənə elə gəlir ki, ikinci təlim-məşq toplanışından sonra komanda tam hazır olacaq”.

Təlim-məşq toplanışının bu mərhələsində 16 futbolçu iştirak edir: “Çatışmayan mövqelər üzrə oyunçulara ehtiyacımız var. Hazırlığa gec başlamağımız yerli futbolçular tapmaq işini çətinləşdirib. Boşluqlarımızı legionerlərin hesabına doldurmağa çalışacağıq. Legionerlər üçüncü təlim-məşq toplanışında bizə qoşulacaqlar. Əcnəbilərin sayı məhdud olacaq”.

Baş məşqçi komandanın məqsədlərindən də danışıb: “Əsas uğurlu çıxış etməkdi. Azarkeşlər qələbə istəyəcək. Amma indiki halda bizə vaxt lazımdı. Qarşıdakı mövsüm üçün ilk altılıqda olmağa çalışacağıq. Sonrakı mövsüm iddialı olacağıq. Gəncə futbolu həmişə iddialı olub, “Kəpəz”in iddiasını geri qaytarmalıyıq. Ona görə çalışmaq lazımdır”.

Sonda qeyd edək ki, “Kəpəz”in Bakı toplanışı iyulun 10-na kimi davam edəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30