26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

"Simurq" "İnter" önünə itkisiz çıxacaq

Premyer Liqasının 31-ci turunda "İnter"i qonaq edəcək "Simurq" hazırlıqları tamamlayıb. Futbolxeber.az-ın məlumatına görə, cari mövsümdə doğma arenda keçirəcəyi son matçın məşqlərini dünən başa vuran Zaqatala təmsilçisi bir saatdan artıq davam edən çalışmalara əvvəlcə yüngül qaçış və isinmə hərəkətləri ilə başlayıb. Daha sonra Georgi Çixradze yetirmələrinə meydanın mərkəzində qısa ötürmələrdən ibarət tapşırıq verib. Bundan sonra ikitərəfli futbol və qruplara bölünərək "kvadrat" oynanılıb. Hazırlığın sonunda qapıya zərbələr üzərində məşq edilib.  

Rəqiblərin 15-ci dueli ərəfəsində "Simurq"un heyətində ciddi bir itki yoxdur. Komanda statistik cəhətdən onu üstələyən "İnter"ə qarşı tam heyətlə çıxa biləcək. Zaqatala təmsilçisi "bankirlər" üzərində yeganə qələbəsini cari mövsümdə qazanıb. Bununla yanaşı "sarı-qaralar" tarixinin ən böyük hesablı məğlubiyyətini də, məhz bu il "İnter"lə görüşdə qeydə alınıb (5:0).  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30