Ölkə futbolu
Eddi İsrafilov: "Azərbaycan millisinin şərəfini layiqincə qorumağa çalışacam" (Müsahibə)
İspaniyanın “Qranada” klubunda çıxış edən Azərbaycan əsilli Eddi İsrafilov affa.az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Dünən Bakıda ananız İradə xanım AFFA-nın baş katibi Elxan Məmmədov və millimizin baş məşqçisi Robert Prosineçki ilə görüşüb. Bu görüş haqda nə deyə bilərsiniz?
- Təəssüf ki, həmin görüşdə özüm iştirak edə bilmədim. Bildiyiniz kimi, dünən İspaniya kuboku çərçivəsində “Sevilya” ilə oyunumuz oldu. Mən də əsas heyətdə meydana çıxdım və 90 dəqiqə komandama kömək etməyə çalışdım. Bəli, bir müddət əvvəl Azərbaycan yığmasında oynamaqla bağlı təklif almışdım. Anamın da qeyd etdiyi kimi müəyyən səbəblərdən komandaya dəvət edilməyim yubanırdı. Yığma komandada oynamaq istədiyimdən, bu məsələni həll etmək lazım idi. Buna görə də anam Bakıya yollandı və danışqlar baş tutdu. Təbii ki, sevindirici haldır ki, danışıqlar müsbət yekunlaşdı. Çünki özüm də anamın vətəni olan bir ölkənin yığmasında oynamaq istəyirəm. Millidə oynamaq mənim üçün qürurdur. Artıq baş məqçinin dəvətini, millinin heyətində debüt edəcəyim günü səbirsizliklə gözləyirəm. İnanıram ki, bu istəyim tezliklə reallaşacaq.
- Azərbaycanla yanaşı Anqola və İspaniya yığmasını da seçmək imkanınız ola bilərdi. Niyə üstünlüyü Azərbaycan millisinə verdiniz?
- Bəli, atam Anqoladan olduğuna görə bu ölkənin millisində də oynamaq mümkün idi. Lakin mən anamın bağlı olduğu ölkəni seçdim. Çünki anam evimizdə Azərbaycan haqda tez-tez danışır. İspaniyada da rəfiqələri var. O, Azərbaycanı uzun müddətdir tərk etsə də, vətənə bağlılığını qoruyub. Anamın Azərbaycanı unuda bilməməsi, Bakını tez-tez xatırlaması məndə də bu ölkəyə maraq yaradıb. Üstəlik, baş məşqçi Robert Prosineçki oyunlarımı izləyib. . Məni daim diqqətdə saxladığına görə, ona təşəkkür edirəm. İspaniya yığmasını seçməməyimə gəldikdə, həqiqəti demək lazımdır. Bu gün İspamiya yığmasının heyətində kifayət qədər tanınmış, ulduz futbolçular yer alır. Üstəlik, İspaniyada futbolçu ordusu çoxdur. Bu baş məşqçinin seçim imkanlarını genişləndirir.
- Azərbaycan haqda nə bilirsiniz?
- Indiyə qədər Azərbaycanda 2 dəfə - 1996 və 2004-cü illərdə olmuşam. Bundan əlavə, həm anamın söhbətlərindən, həm də internet resurslarından faydalanıram. Bilirəm ki, Azərbaycan bu gün sürətlə inkişaf edən ölkələrdəndir. Bir çox beynəlxalq müsabiqələrin burada keçirilməsi də bunun göstəricisidir. Üstəlik, 2020-ci ildə keçiriləcək Avropa çempionatının bir neçə oyununa Bakı evsahibliyi edəcək. Bilirəm ki, Azərbaycanda idmana xüsusi diqqət yetirilir. Bir sözlə, müəyyən məlumatlara malikəm. Növbə tezliklə Bakıya səfər etməyimə çatıb. Baş məşqçinin dəvətini gözləyirəm. Robert Prosineçki məni yığmaya dəvət etsə, Azərbaycan millisinin şərəfini layiqincə qorumağa çalışacam.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib