26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Qarabağ” Avroliqanın 1/16 finalında oynaya bilər

“Qarabağ”ın UEFA-ya etdiyi şikayətlə bağlı məhkəmənin 2015-ci ilin 5 fevralına təyin olunmasının səbəbi bəlli olub. Futbolxeber.az-ın məlumatına görə, UEFA-nın xüsusi komitəsi var. Həmin qurum avrokubokların (Çempionlar Liqası və Avroliqa) son turunda baş tutan oyunları yaxından izləyir. Bu addım son turda oyunu heç bir əhəmiyyət kəsb etməyən komandaların, xala ehtiyacı olan kollektivlərə güzəştə getməsinin qarşısının alınması üçün atılır. Həmin komitə “Qarabağ”ın yer aldığı qrupda keçirilən son turun oyunlarını da araşdırır. Bu araşdırma vaxt apardığından məhkəmə də fevral ayına təyin edilib. “Qarabağ”ın qolunun hesaba alınamasında kənar amillərin rolu olduğu sübuta yetirilsə, Ağdam təmsilçisinin haqqı bərpa olunacaq. Püşkatmanın artıq keçirilməsi, “Dnepr”in rəqibinin müəyyənləşməsi belə heç nəyi dəyişmir. Odur ki, az da olsa “Qarabağ”ın 1/16 finalda oynamaq ehtimalı var.

REDAKSİYADAN: Futbolxeber.az saytı olaraq ilk gündən azarkeşlərə əbəs yerə ümid verməyin əleyhinə olmuşuq. Bu xəbəri də yazmaqla “Qarabağ”ın layiq olduğu qələbəsinə qovuşacağını əminliklə iddia etmirik. Bu, sadəcə ehtimaldır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30