26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Aslan Şahgəldiyev: “Jurnalistin dayandığı yerdə polisin nə işi var?”

Peşəkar Futbol Liqasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev dünən bir qrup jurnalistin “Neftçi” - AZAL oyunundan sonra matçın keçirildiyi “Bakcell Arena”da polislər tərəfindən təzyiqə məruz qalmasına münasibət bildirib. A.Şahgəldiyev Futbolxeber.az saytına verdiyi açıqlamada bunları deyib: “Polisin jurnalistə təzyiq etməsi yolverilməzdi. Ümumiyyətlə, jurnalistin dayandığı yerdə polisin nə işi var? Meydan sahibi olan klub görüşdən sonra mix-zona təşkil etməlidir. Düzdür, əsasnamədə belə bir bənd yoxdur. İndi belə çıxır ki, hər məsələni əsasnaməyə daxil etməliyik? Əsasnamədə klubların rəsmi saytının olması barədə də bənd yoxdu. Onda sayt da yaratmasınlar. Ev sahibi klub mix-zona təşkil etmirsə, jurnalist məsələ ilə bağlı klubun mətbuat xidmətini xəbərdar etməlidir. Jurnalistə yardım etmək isə mətbuat xidmətinin vəzifə borcudur. Adətən avrokuboklar, millinin oyunları zamanı mix-zonalar təşkil edilir. Ölkə kubokunun finalı zamanı da mix-zona yaradılır. Yaxşı olardı ki, hər klub oz meydanında bu işi təşkil etsin”.

Xatırladaq ki, dünən “Bakcell Arena”da polislər vəzifə borcunu yerinə yetirməyə çalışan jurnalistləri arenadan uzaqlaşdırmaq istəyiblər. Yalnız “İdman Azərbaycan”ın şərhçisi Elnur Məmmədli və “Neftçi”nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadənin məsələyə qarışmasından sonra polisləri fikrindən daşındırmaq mümkün olub.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30