26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

AFFA-nın sabiq prezidentinin oğlu: “Millinin yeni baş məşqçisi yerli mütəxəssis olmalıdır”

“Mərhum Ramiz Mirzəyevin 60 illiyi münasibəti ilə turnir təşkil edən hər kəsə təşəkkür edirəm. Atamı yad etdikləri üçün ailəmiz adından bu işdə əməyi keçən şəxslərə minnətdarlığımı bildirirəm. Futbol turnirində iştirak edən veteranlar, incəsənət xadimləri, media nümayəndələri sağ olsunlar ki, vaxt tapıb tədbirə qatıldılar”. Futbolxeber.az-ın məlumatına görə, Sportpress.az saytına verdiyi eksklüziv açıqlamada bu sözləri sabiq AFFA prezidenti, 60 illiyi tamam olan mərhum Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev deyib.

Mirzəyev hər bir azərbaycanlı kimi Avroliqada ölkəmizi layiqincə təmsil edən “Qarabağ” klubunun uğurlarına sevindiyini bildirib: “Qarabağ”ın “Dnepr”lə oyunu izlədim. Komandamız çox yaxşı, layiqli və əzmkar mübarizə apardı. “Qarabağ” nəticəyə oynadı və layiqli qələbə qazandı. Bu, Azərbaycan futbolu üçün önəmli bir uğurdur. Bakıda keçiriləcək oyunda da “Qarabağ”ın uğur qazanacağına ümid edirəm. Futbolla əlaqəm olmasa da, istər avrokuboklarda çıxış edən klublarımızın, istərsə də millimizin oyunlarını canlı olaraq izləyirəm. Qazanılan hər bir uğura sevinirəm”.

Anar Mirzəyev hazırda gündəmi zəbt edən millinin yeni baş məşqçisinin kimliyi barədə danışıb: “Hazırda millinin baş məşqçi postuna bir çox namizədin adı çəkilir. Mən konkret kiminsə adını çəkə bilmərəm. İstəyim düzgün seçim olmasıdır. Sırf azarkeş kimi isə şəxsi fikrim odur ki, milli azərbaycanlı məşqçiyə tapşırılmalıdır. İstənilən halda, hər zaman Azərbaycan millisinin uğur qazanmasını arzulayırıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30