19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

“Qarabağ”la oyunda mübarizə aparmağa çalışacağıq”

Azərbaycan Kubokunun 1/16 final mərhələsində “Lokomotiv”i məğlub edən MOİK növbəti mərhələyə yüksəlib. Futbolxeber.az oyundan son məşqçilərin səsləndirdiyi fikirləri təqdim edir:

Namiq Adilov (MOİK-in baş məşqçisi): “Qələbə qazandığımız üçün sevinirik. Bu oyunda qələbə bizim üçün vacib idi. Çempionatda ardıcıl oyunlarda xallar itirdik. Amma kubokda yaxşı çıxış edib, mərhələ adladıq. Bu qələbə bizdə motivasiyanı artıracaq. Oyuna gəldikdə, çətin qarşılaşma oldu. Bu oyunun taleyini 1 qol həll edəcəkdi. Həmin qolu da biz vurduq. Kubokda “Qarabağ”la qarşılaşacağıq. Biz bu oyunda mübarizə aparmağa çalışacağıq. Lakin bizim üçün əsas olan çempionatda  mümkün qədər irəli getməkdir. Kubok ikinci plandadır”.

İlqar Hüseynov (“Lokomotiv”in məşqçisi): “İlk növbədə rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı oyun oldu. İlk hissədə yaxşı şanslarımız olsa da, yararlana bilmədik. Biz yeni kollektiv qurmuşuq.  Çətinliklər, problemlər var. Biz bunu aradan qaldırmalıyıq. MOİK-ə isə “Qarabağ”la oyunda uğurlar arzu edirəm”. 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31