26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Araz Naxçıvan” AFFA-nın təşkil etdiyi liqalarda oynamaqdan imtina etdi EKSKLÜZİV

AFFA-nın U-19 Liqasının 2014/2015-ci il mövsümünə start verilib. Futbolxeber.az-ın məlumatına görə, assosiasiyanın rəsmi saytında yer alan nəticələrdə Premyer Liqada çıxış edən 2 klubun - “Bakı” və “Araz Naxçıvan”ın adına rast gəlmədik. Sonradan məlum oldu ki, “Bakı” turnirdə mübarizə aparır. Sadəcə, çempionatda 11 komanda mübarizə apardığından hər tur bir kollektiv istirahət edir ki, ilk tur da istirahət hüququ “Bakı”nın payına düşüb.

Lakin “zolaqlılar”dan fərqli olaraq, “Araz Naxçıvan” həqiqətdən də turnirdə mübarizə aparmır. Bunu, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu da təsdiqlədi: “Bəli, “Araz Naxçıvan” bu yarışda iştirak etmir. Onlar nəninki U-19, ümumiyyətlə bütün aşağı yaş qrupları üzrə yarışlarda çıxış etmirlər”.

“Bəs, bu əsasnamənin pozulması deyilmi” sualımızı Mikayıl Nərimanoğlu belə cavablandırdı: “Araz Naxçıvan” klubu AFFA-ya məktub ünvanlayıb. Onlar blokada şəraitində yerləşdiklərini əsas gətirərək, aşağı yaş qrupları üzrə çempionatlarda iştirak etmədiklərini, həmin yaş qrupu üzrə komandalarının Naxçıvanda keçiriləcək regional liqalarda mübarizə aparmasını istəyiblər. AFFA da bu təklifi müsbət cavablandırıb”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30