26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Rail Məlikovdan şok ittihamlar

“İstər mən, istərsə də Rauf Mehdiyev qalsaydıq, “Neftçi” yenə mərhələ keçəcəkdi. Çünki çox ciddi hazırlaşmışdıq. Bu söz-söhbəti kimlər yaydığını bilirəm. Söhbət Tahir Süleymanovdan gedir. “Hapoel”lə görüşdən öncə gəlib dedi ki, Mitreskidən şübhələnirəm, oyunu sata bilər. Bunu orda olanlar da təsdiqləyə bilərlər”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi” klubunun sabiq futbolçusu Rail Məlikov deyib.

Hazırda Türkiyədə “Dənizlispor” klubunda forma geyinən Rail Məlikov “ağ-qaralar”dan qovulmasına münasibət bildirib. 

Millimizin sabiq müdafiəçisi komandadan kənarlaşdırılmasında vitse-prezident Tahir Süleymanovu günahlandırıb: “Sadıq Sadıqov Azərbaycan futboluna bu günədək gələn ən yaxşı prezidentdir. Ondan heç kim indiyədək narazı qalmayıb. Amma Ruslan Abışov komandadan gedəndə bəzi insanlar mənim yanımda onu Sadıq müəllimə pisləyirdilər. Deyirdilər Ruslan komandanı pula satıb, getdi. Elə sözlər deyirdilər ki... Amma Ruslana qızıl medalı verəndə həmin adam onunla elə danışıb-gülürdü ki, sanki bu sözləri o deməyib. Futbolçu peşəkardır, hər yerə gedə bilər, ancaq onun dalınca söz demək günahdır. Açığı, Sadıq Sadıqova söz vermişdim ki, danışmayacam. Lakin haqqımda elə şayiələr yazdılar ki, artıq danışmağa məcburam”.

“Hapoel”lə oyundan sonra Raillə birgə “Neftçi” rəhbərliyi 4 futbolçunu komandadan kənarlaşdırmışdı ki, onlardan da biri makedoniyalı legioner İqor Mitreski idi. Amma sonradan Mitreski geri qaytarılsa da, Məlikov bağışlanmadı.

Rail “Komanda” qəzetinə müsahibəsində bildirib ki, həmin qərardan sonra əvəzedici heyətə göndərilsə də, heç məşq etməyə qoymayıblar: “Kimin kim olduğunu hamı bilir. Dörd il öncə Tovuzda birinci hissədən sonra 0:2 uduzanda Tahir Süleymanov stadiondan niyə getdi? Hara getdiyini onun özündən soruşun, görək, düzünü deyəcəkmi? Həmin oyunda qələbə qazandıq (gülür). Mənimlə Raufun orda olmağı komandanı pis vəziyyətdə qoyurdusa, onda iki mövsüm çempion olmazdıq. Mən həmin mövsümün əvvəlində “Neftçi”dən gedə bilərdim, ancaq qaldım. Orda sadəcə bir insana, həmişə hörmət göstərdiyim, hələ də hörmətini saxladığım Sadıq müəllimə görə qaldım. Həmin vaxt “Neftçi”də aldığım puldan ikiqat artığını başqa klub təklif etmişdi. Amma mən "Neftçi"ni pula dəyişmədim”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30